yuxarı
Əxlaqsızlığı təbliğ edən "TikTok"-çilər Fərid Abdullayev və "Koti"ni hansı cəza gözləyir? - Tanınmış vəkildən ŞOK AÇIQLAMA
28, 04, 25
12:00
Əxlaqsızlığı təbliğ edən "TikTok"-çilər Fərid Abdullayev və "Koti"ni hansı cəza gözləyir? - Tanınmış vəkildən ŞOK AÇIQLAMA
Fərid Abdullayev və "Koti" adlı "Tik-Tok" istifadəçisi sosial şəbəkələrdə açıq-aşkar əxlaqsızlığı təbliğ edir. Onlar hotelə gedərək çəkdiyləri intim xarakterli videoları telegram kanallarında digər qısa rolikli hissələri isə "TikTok" platformasında paylaşaraq bu cür hallarla cəmiyyətin əxlaqı dəyərlərinə ağır zərbə vururlar.
Bununla yanaşı gələcək nəsillərin psixoloji durumunu ciddi təhlükə altına atırlar. "Tik-Tok"çuların bu görüntüləri sosial şəbəkə istifadəçiləri və cəmiyyət arasında qəti olaraq bir mənalı qarşlanmır.
Şəbəkə istifadəçiləri hüquq-muhafizə orqanlarından bu şəxslər barəsində ciddi tədbir görülməsin xahiş edir.
Pornoqrafik materialları reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə məsuliyyət yaradır.
Pornoqrafik məlumatları hazırladıqdan sonra paylaşım edilməmişdən əvvəl anons edilməsi, teleqram kanala dəvət edilməsi, pornoqrafik materialların reklam edilməsi olmaqla, əvvəlcədən paylaşım ediləcək kanalın kütləsini artırmq və daha geniş kütləyə yaymaq niyyətini göstərir.
AR CM 242-ci maddəsinə ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək