Əbülfəz Elçibəyin qardaşı oğlu çağırış etdi: Vətənimizin, ordumuzun və əsgərlərimizin yanında olmalıyıq

13, 07, 20
19:32

Əbülfəz Elçibəyin qardaşı oğlu çağırış etdi: Vətənimizin, ordumuzun və əsgərlərimizin yanında olmalıyıq


Azerbaycanrealligi.com xəbər verir ki, Bəyaz Hərəkatının başqanı eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev öz Feysbuk səhifəsindən siyasi təşkilatları bir olmağa çağırıb.

Bəyaz Hətəkat bütün siyasi təşkilatları Vətənin bu ağır günün də milli iradə nümayiş etdirmək üçün birgə toplantı keçirtməyə çağırıb.

Çağırışda deyilir:

"-Bütün siyasi təşkilatların hər birinə ayrı ayrılıqda ümümi müraciət edirik.

Əziz və hörmətli təşkilat rəhbərləri,

Bu gün hamımızın tək bir mövqeyi olmalıdır.

Vətənimizin, ordumuzun və əsgərlərimizin yanında olmaq . Bunu nümayiş etdirmək üçün təcili toplantı qurub bunu bəyan etməliyik.

Millətimiz və əsgərlərimiz onlarla olduğumuzu açıq hiss etməlidir.

Bu günkü gün də ölkənin siyasi insititutları olaraq ortaya birlik və birgə mövqey qoyub millətə doğru istiqamət verməyə borcluyuq. Bununla yanaşı da bu bizim əsas vəzifəmiz sayılır.

Millətin mübarizə ruhunu yüksəltmək, əsgərlərimizin savaş əzmini yüksək tutmaq biz siyasi təşkilatların vacib görəvidir.

Siyasi baxışları və şəxsi münasibətlərindən asılı olmayaraq hər kəs hər məsələni unudub Millətimiz , Vətənimiz naminə bir arada olmalıdır."

Hörmətlə. Bəyaz Hərəkat başqanı. Hürrü Əliyev.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın