İqbal Məmmədov Lerikin problemlərindən danışdı- DEPUTATLIĞA NAMİZƏD TƏŞƏKKÜR ETDİ

20, 06, 20
10:08

İqbal Məmmədov Lerikin problemlərindən danışdı- DEPUTATLIĞA NAMİZƏD TƏŞƏKKÜR ETDİ


“Bir millət vəkili kimi bizim əsas vəzifələrimizdən biri sözsüz ki, seçicilərimizin problemləri ilə maraqlanmaq, onları narahat edən məqamları, eyni zamanda arzu və istəklərini dilə gətirməkdən ibarətdir”.

Azerbaycanrealligi.com modern.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən deputat İqbal Məmmədov deyib:

Deputat qeyd edib ki, mən buradan seçicilərimin mənə ünvanladıqları problemlərlə əlaqədar müraciətlərini səsləndirmək istəyir:

“Seçicilərin haqlı narazılıqları haqqında dəfələrlə müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq çox təəsüf ki, bu günə kimi bu problemlər həllini tapmayıb. Bildiyiniz kimi təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefinə malik rayonlarından biridir. Rayonumuzun ən böyük problemlərindən biri yol problemidir. Yol, hər bir rayonun inkişafı və mədəniyyətin güzgüsüdür. Təəssüf hissi ilə qeyd edim ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabat-Kiravüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən 10 min nəfərdən çox əhalinin yaşadığı Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Livədirgə-Laman avtomobil yolunun tamami ilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, 2 qonşu rayon olan Lerik və Yardımlı rayonları arasında tarixən abad yol olmayıb. Aralarında 25-30 km yol olmasına baxmayaraq bir körpü və 4 km bərbad yol olması ucbatından əhali 180 km Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edirlər.Digər bir problem Lerik əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatıdır. Lerik rayonunun ərazisində çəkilmiş elektrik xəttləri əsasən ötən əsrin 60-cı illərinə təsadüf edir. Odur ki, o zamanlar çəkilmiş elektrik xəttləri və ağac dirəkləri istismar müddətini başa vurmuş, yararsız vəziyyətə düşüb.

Bunları nəzərə alaraq kəndlərdə 10 və 0.4 Kva-lıq elektrik hava xəttlərinin əsaslı təmiri və sipkabelləşdirilməsi əhalinin elektrik enerjisinə olan tələbatını təmin edərdi. Bununla əlaqədar da etdiyim müraciətlərə baxmayaraq aidiyyatı qurumlar tərəfindən müsbət addım atılmayıb.

Bizim əsas iş prinsipimiz birinci növbədə xalqımızın qayğı və probleminin həlllini təşkil etməkdir. Seçicilərimizin inam və etibarını itirməmək, onların bizə olan ümidini doğrultmaq bizim üçün əsas prioritetdir. Lakin vətəndaşlarımızı narahat edən bu tip problemlərin zamanında həll olunmaması bizə olan etimadın zədələnməsi ilə nəticələnməkdədir.

Buradan aidiyyəti təşkilatlara səslənib bu işlərin həyata keçirilməsindən ötrü növbəti illərin dövlət investisiya proqramlarına daxil edilməsi və icrasından ötrü maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm.
 
Qeyd edək ki, 9 fevral 2020-ci ildə Növbədənkənar Parlament Seçkilərində 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Şahlar Məmmədov da çıxışa görə İqbal Məmmədova təşəkkür edib. 

Azerbaycanrealligi.com xəbər verir ki, Xəbər24 olaraq Şahlar Məmmədovun yazdığını sizlərə təqdim edirik:
 
Təşəkkür edirəm Hacı. 

Doğma Lerikimizin ən böyük problemlərini o ali kürsüdə səsləndirməklə minlərlə Leriklini sevindirdiniz. 
İnşallah yaxın zamanlarda bu problemlərin həll olunduğunu sizlərdən eşidək. 

Bu çətin və şərəfli işinizdə uğurlar arzu edirəm!
 
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın