Milli Şura yoxsa Xainlər Şurası?! Onlar neftin qiymətinin 14 dollar olmasına sevinib, bir-birilərini təbrik edirlər - VİDEO

15, 06, 20
18:54

Milli Şura yoxsa Xainlər Şurası?! Onlar neftin qiymətinin 14 dollar olmasına sevinib, bir-birilərini təbrik edirlər - VİDEO

Sosial şəbəkələrdə "Milli Şuran"ın qeybətxana şousu davam edir.

Onların budəfəki söhbətlərində Azərbaycan xalqı, Azərbaycan dövləti hədəf alınıb.

Azerbaycanrealligi.com xəbər verir ki,  məlumatına görə, iclasda Gültəkin Hacıbəyli "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin" - deyə bildirir. Cəmil Həsənli isə "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm" - deyə vurğulayır.

Neftin qiymətinin düşməsinə sevinənlər bir şeyi unudurlar ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri sevinə bilər – ermənilər, bir də Gültəkin Hacıbəyli və Cəmil Həsənli.

Bu xəbəri eşitdikdən sonra onların sevinci, qəhqəhə çəkib, gülməsi Azərbaycan xalqına olan nifrətinin bariz göstəricisidir.

Sosial şəbəkədə isə videogörüntü belə şərh edilir:

- "Bunların bir adı var - düşmən !"

- "Gərək nə qədər xain olasan ki, öz xalqının qazancının azalmasına belə ürəkdən sevinəsən."

- "Heç xəcalət çəkmirsiniz sizin kimilər ancaq özünü fikirləşir .... niyə bu torpaq sizi götürür...."


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın