sitename

Fərid Abdinov yazır: "PKK modeli ilə idarə olunan AXCP. 2-ci hissə"

Yazının birinci hissəsində partiya daxili qruplaşmalar haqda yazmışdım. Qocaman, eyni zamanda səlahiyyətli üzvlərin təzyiq görmələri, artıq onların da etirazlarına səbəb olur.

Məsələni müxtəlif qaydada təhlil etsək də son günlər baş verən hadisələri müqayisə edərək bir qənaətə gəldik.

AXCP sədri partiya olaraq sistemləşməsi, müxtəlif fikirli insanların toplanmasından daha çox, onun yanında gözü kölgəli olan və savadsız insanların toplanmasının tərəfdarıdır.

28 May 2020-ci il tarixdə ənənəvi olaraq “istefa” “rejim ” qışqırmaq üçün illərdir öz təxribatlarına alət etdiyi Məmmədəmin Rəsulzadənin büstündə oldu.

Diqqət çəkən məqam o idi ki, Kərimlinin ətrafında Əbülfəz Elçibəy dönəmindən qalmış bir nəfər belə olsun ziyalı, hərəkatçı adam yox idi.

Müşahidə edənlər,

Gültəkin Hacıbəyli-Homofob

Məmməd İbrahim – televizor ustası

Ayaz Məhərrəmli-hal-hazırda taksi sürücüsü əvvəllər isə “SOCAR”dan yanacaq oğurladığına görə qovulan sürücü.

Ən əsası Seymur Həzi…

Ailəsinin bütün iyrəncliklərindən Kərimlinin xəbərdar olduğuna görə onun yanında rüsvay olmamaq üçün yanında duran eyni zamanda onu olmayan
 
sədrlikdən məhrum etmək üçün fürsət gözləyən Seymur Həzi……

Qayıdaq bir neçə gün öncəki prosesə. Əli Kərimlinin müşaviri Məmməd İbrahimlə AXCP üzvü Gülnarə Rəhimova arasında aparıldığı iddia edilən intim xarakterli yazışmalar və foto yayıldı.

Yazışmanı və fotonun həqiqiliyi və ya saxtalığını təyin etmək hüquq-mühafizə orqanlarının işidir.

Əsas problem fotolardan sonra baş verən proseslərdir.

Gülnarə Rəhimova bir neçə gündə biri jurnalist olmaqla 3 nəfər fərqli adamları ittiham etdi qeyd olunan yazışmaların yayılmasında.

Digər bir AXCP üzvü, adı insan alverində hallanan Dilarə Miriyeva isə hətda “Jurnalistin bu foto faktları 50 manat qarşılığında yaydığını” bildirdi. Təbii ki, ittihamlar sübutunu tapmadı.

Belə olduğu halda Partiya sədri və NTK (Nəzarət Təftiş Komissiyası)Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinin VI.10.2 bəndinə əsasən “Partiya Sədri Partiyanın və üzvlərinin hər bir hərəkətinə məsuliyyət daşıyır” hər iki üzv qadın haqda tədbir görməli idilər.

Təbii ki, böhtan mexanizmi davam etdi və heç bir tədbir görülmədi.

Artıq bu hadisə AXCP-də baş verən son bir neçə hadisənin sadəcə davamı olduğunu, qocaman cəbhəçilərin incidilməsinin, təzyiq,ögey münasibət görməsinin səbəbləri aydınlaşdı.

NTK (Nəzarət Təftiş Komissiyası) istənilən partiyanın ən nüfuzlu orqanıdır və o orqana partiyanın sınamış dürüst əqidəli insanları seçilir.

Təsadüfi deyil ki, son bir neçə ayda AXCP NTK -nın bir üzvü Aydın Əliyev qanunsuz uzaqlaşdırılıb, digər üzvü MirFeyzulla bəy isə artıq pariyaya üstüörtülü xəbərdarlığını kütləvi qaydada edib.

İncidlənlərin niyə NTK üzvləri olduğu sualı isə yuxarıdadır.

Gülnarə Rəhimova, Məmməd İbrahim, Dilarə Miriyeva, Ayaz Məhərrəmli kimi savadsız, mübahisəli, yüngül həyat tərzi keçirən insanların qarşısını ala bilməmələri üçün uzaqlaşdırılmaları.

Beləliklə əqidəli insanlar partiyada tutduqları postlardan uzaqlaşdırılacaqlar, siravi AXCP üzvləri Əli Kərimliyə qarşı olunan tənqid və iradlara təhqir və böhtanlarla cavab verəcəklər. Partiya daxilində əqidəli insanlar uzaqlaşdırıldığı üçün onlar haqda tədbir görən olmayacaq. İnsanların “Şər mexanizmi”nə bulaşamamaq üçün susacaq. Nəticə olaraq partiyanı diktatura, şər-böhtan mexanizmi ilə idarə edən Əli Kərimlini cəmiyyətə qəhrəman kimi sırımağa davam edəcəklər.

Yerli “PKK”da baş verən qanunsuzluq və özbaşınalıqlar haqda araşdırmalarımız davam edəcək….


Fərid Abdinov 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 667
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 486
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 196
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 096
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar