Milli Şura üzvlərindən Avropada yaşayan blogerin ünvanına təhqir dolu sözlər 18+ (VİDEO)

13, 05, 20
20:50

Milli Şura üzvlərindən Avropada yaşayan blogerin ünvanına təhqir dolu sözlər 18+ (VİDEO)


Özünü demokratik qüvvələrin Milli Şurası adlandıran bir qurum hər dəfə iflasa uğramaqda davam edir! Üzvləri heç bir siyasi nüfuza sahib olmadığı halda, ölkədə keçirilən seçkilərə hər dəfə baykot qərarı verən qurumun əxlaq problemi də var imiş.Danışıqlarını belə bilməyən, lakin özünü ziyalı hesab edib Azərbaycanın demokratik bir ölkəyə çevrilməsi üçün mübarizə apardıqlarını bəyan edən şəxslər,  görün necə rəzil günə düşüblər! 

Avropada yaşayan bloger İsmayıl Cəlilov haqqında danışan Milli Şuranın kordinasiya şurasını üzvü eks millət vəkili Gültəkin Hacıbəyli heç xanım adına yaraşmayan ifadələr səsləndirərək blogerin ünvanına sərt ittihamlar səsləndirib.Onun bu fikrinə qoşulan kordinasiya mərkəzini digər üzvü də İsmayıl Cəlilovun ünvanına dilimizə gətirə bilməyəcəyimiz təhqirlər deyib.

Sözü gedən video görüntü sosial şəbəkədə yayılaraq, birmənalı qarşılanmayıb! Sosial şəbəkə izləyiciləri Milli Şuranın xalqın əxlaqına zidd olduğu üçün və əxlaqsızların yığışdığı bir qurum olduğu üçün istefasını tələb ediblər.

Azerbaycanrealligi.com olaraq sözü gedən video görüntünü oxucularımıza təqdim edirik.


 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın