sitename

Aydın Əliyev-Əli Kərimli qarşıdurması – AXCP sədri NTK-ya rəhbərliyinə kimi gətirmək istəyib?


AXCP daxilindəki anti-demokratik mühit yeni qarşıdurmanın yaranmasına səbəb olub. İlk dəfə 30 sentyabr 2019 cu il tarixdə Aydın Əliyev facebook sosial şəbəkəsində axcp sədrinin qanunsuz əməlləri haqqında danışıb. 

Bu danışıq Əli Kərimli obrazını bir daha cəmiyyətə göstərdi. Dərhal Kərimli tərəfdarları Aydın Əliyevi təhqir etməyə, onu hökumətə “satılmaqda” ittiham etdi. Bəs necə oldu ki, otuz ilin cəbhəçisi, AXCP Nəzarət-Təftiş Komisiyasının sədri Əli Kərimliyə qarşı çıxdı? 

Bu sual çoxlarını düşündürsə də, Kərimli "aşiqlərini" maraqlandırmadı. Apardığımız araşdırma zamanı məlum oldu ki, Aydın-Əli qarşıdurmasının tarixçəsi partiyanın son qurultayından başlayıb. 

Kərimli partiyanın Nəzarət-Təftiş Komisiyasına Təzəxan Mirələmlini sədr təyin etmək istəyib və bu işi Fuad Qəhrəmanlıya həvalə edib. Lakin stajlı

cəbhəçi olan Aydın Əliyev Kərimlinin bu istəyini gözündə qoyub və özü sədr seçilib. 

Kərimli niyə istəmirdi Aydın Əliyev NTK sədri olsun? 

İnsanları yaxşı tanımağı bacaran Kərimli bilirdi ki, qanun tərəfdarı olan Aydın Əliyev ondan səlahiyyətləri çərçivəsində hesabat tələb edəcək. Bu isə Kərimliyə qətiyən sərf etmirdi. Çünki, partiyanı şəxsi dükanı hesab edən və öz ambisiyaları ilə idarə edən Kərimlinin kifayət qədər qaranlıqları var. 
Vəziyyətin çıxılmaz olduğunu görən Əli kərimli partiyanın daxilində Aydın Əliyevi zərərsizləşdirməyə başlayır və qısa zamanda onu NTK sədrliyindən və partiyadan xaric edir. 

AXCP Nizamnaməsinə nəzər yetirəndə görürük ki, Kərimli partiya daxilində heç bir qayda-qanuna məhəl qoymur. Özünü bir növ "məhəllə lotusu" kimi aparır. Siyasi fəaliyyətinə xəyanətlərlə başlayan Əli Kərimli ətrafında olan istənilən şəxsi "qəhrəman" və yaxud "asi" elan etməyi komsomol məktəbində çox gözəl mənimsəyib.

Hazırda Nəsimi rayon məhkəməsində bu qarşıdurma ilə bağlı iş getdiyindən bir çox məsələləri xüsusən Kərimlinin qanunsuz fəaliyyəti haqqında geniş yaza bilmirik. Lakin ən qısa zamanda bu hoqqabaz siyasətçini xalqımız daha yaxından tanıyacaq və biz bu haqda geniş yazı ilə çıxış edəcəyik. Apardığımız qısa araşdırma zamanı Əli Kərimlinin maliyyə maxinasiyaları və xəyanətkar siyasəti haqqında kifayət qədər bilgilər əldə etdik. Bura Əli Kərimlinin "siyasi fəaliyyətə" başladığı dönəmdən bu günə qədərki zaman, həmçinin bugünkü AXCP-nin bazasını təşkil edən "Yurd" təşkilatının ilk rəhbəri olmuş rəhmətlik Əlsafa Qədirovun və "Konsensus" qəzetinin təsisçisi və baş redaktoru rəhmətlik İbrahim Niyazovun fəaliyyəti daxildir

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 552
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 327
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 011
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 958
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar