sitename

Millət vəkilliyinə namizədin təbliğatına gələn reaksiyalar -FOTO

Millət vəkilliyinə namizədin təbliğatına gələn reaksiyalar -FOTO
Bildiyiniz kimi dünəndən 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başlayıb.78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov da hamı kimi təbliğat kompaniyası çərçivəsində təbliğat kampaniyasına başlayıb.

İqbal Məmmədovun təbliğat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi görüşlər haqda saytların birində gedən reklam xarakterli məlumatın  sosial  şəbəkədə paylaşımı istifadəçilər tərəfindən ironiya ilə qarşılanıb və vətəndaşlar onun fəaliyyətinə kəskin  reaksiya veriblər.

Tribuna İnformasiya Agentliyi xəbər verir ki,İqbal Məmmədovun  Lerikdə kəndlərdə seçicilərlə görüşü haqda  paylaşımına  çoxsaylı belə reaksiyalardan biri də Ruslan Bəshirov adlı Feysbuk sosial şəbəkə istifadəçisi tərəfindən gəlib.

Ruslan Bəshirov şərhində yazır ki, İqbal Məmmədov seçicilərlə görüşlərin əvəzinə ,2010-cu ildən ona olan əmək haqqı borcunu ödəsə idi daha məntiqi olardı.

Ruslan Bəshirov  şikayətində yazır:”2010-cu ildə  qaz pulunun yığımı ilə məşğul olan , İqbal Məmmədovun  sahibi olduğu “Azqazservis” şirkəti yaradıldı,mən də bu şirkətdə fəaliyyət göstərdim. İqbal Məmmədovun mənə 3 aylıq əmək haqqı borcu qaldı.

Dəfələrlə onun qəbuluna getsəm də pulumu vermədi, hər dəfə fərqli bəhanələr gətirdi .Ən axırıncı bəhanəsi “Mən hacıyam ,sənin pulunu yemərəm,verəcəm”idi. 2700 manat olan  həmin borc hələ də qalmaqdadır”.
 
Sosial şəbəkəsi istifadəçiləri həmçinin yazıblar ki, İqbal Məmmədov hansı üzlə seçicilərin qarşısına çıxıb təbliğat aparır. İqbal Məmmədovun seçki təbliğatı ilə bağlı edilən paylaşıma gələn reaksiyaların  bəzilərini təqdim edirik:




Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 3 962
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 938
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 716
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 1 938
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar