sitename

Əbülfəz Elçibəyin qardaşı oğlu 15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyini irəli sürdü


Azerbaycanrealligi.com xəbər verir ki, Bəyaz Hərəkat idarə heyətinin bugün keçirdiyi toplantısında BH digər dairələrlə yanaşı BH başqanı Hürrü Əliyevin namizədliyi 1979-cu ildən qeydiyyatda olduğu və yaşadığı ərazini əhatə edən 15 saylı Yasamal 1-ci seçki dairəsindən irəli sürüldü. İctimaiyyətə və siyasi dairələrə məlumdur ki, Bəyaz Hərəkat siyasi-ideoloji təşkilat olaraq 2 ilə yaxın bir zamanda təsis olunub. Hazırki siyasi vəziyyəti, növbədənkənar parlament seçkilərini nəzərə alsaq məsuliyyət yükünün ağırlığını dərk etmək olar. Bütün bunlara baxmayaraq Bəyaz Hərəkat idarə heyətinin bugünkü iclasında qəbul olunan qərar diqqətimizi cəlb etdi. Belə ki , qərara əsasən Bəyaz Hərəkat başqanı Hürrü Əliyevin növbədənkənar parlament seçkilərinə 15 saylı Yasamal dairəsindən qoşulacağı məlum olub.

Bəyaz Hərəkat informasiya mərkəzindən aldığımız məlumata görə bu qərara müzakirələrin, müşahidələrin və nəticələrin yekununa görə gəlinib. Hürrü Əliyevin həmin ərazidə yaşaması, orta təhsilini Yasamal 52 saylı məktəbdə bitirməsi, çevrəsinin monolitliyi və etibarlılığı mühüm amil olub. 15-ci dairədəki mübarizə möhtəşəm və Azərbaycan seçki tarixinin fərqli bir möhrü olacaq. Qeyd edək ki, həmin dairədən namizədliyini irəli sürənlər arasında Bəyaz Hərəkatla yanaşı Müsavat, YAP, ADP partiyalarını da yer alır.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 555
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 331
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 016
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 961
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar