Əbülfəz Elçibəyin qardaşı oğlu Bəyaz Hərəkatının başqanı Hürrü Əliyev xalqa və milli demokratik qüvvələrə çağırış etdi

01, 08, 19
12:59

Əbülfəz Elçibəyin qardaşı oğlu Bəyaz Hərəkatının başqanı Hürrü Əliyev xalqa və milli demokratik qüvvələrə çağırış etdi

Azerbaycanrealligi.com xəbər verir ki, Bəyaz Hərəkat başqanı Hürrü Əliyevin xalqa və ölkənin aparıcı siyasi, milli-demokratik təşkilatlarına növbəti çağırışı və qısa müraciəti:

1. Müstəqlilliyimizi kağız üzərindən qaldırıb tam istiqlalına çatdırmaq.

2. Dövlətimizi Moskvanın idarəçiliyindən qurtarıb özgür, demokratik, milli və güclü bir dövlət qurmaq.

3. Vətənimizi və torpaqlarımızı rus ,fars, erməni şovinist birləşmələridən tamamən azad edib bütövləşdirmək.

Bəyaz Hərəkatın məqsədi, amalı budur.
Vahid Milli Güc İttifaqının ilk 3 əsası və şərti yuxarıda qeyd olunanlardır.

Bu düşüncə və məqsədlə yola çıxıb Vətəninin, Dövlətinin və torpaqlarının qurtuluşu uğrunda mücadilə aparmaq hər bir Azərbaycan Türkünün şərəf və vicdan məsələsidir.

Əmin olaraq bir daha qeyd edirik ki, Qurtuluşumuza və Bütövlüyümüzə doğru gedilən yol Böyük Birliyimizdən keçir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın