KXCP sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəyin qardaşı oğlunun "Birlik Yürüşü"nə birlikdə getməyə razılıq verdi

10, 06, 19
21:30

KXCP sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəyin qardaşı oğlunun "Birlik Yürüşü"nə birlikdə getməyə razılıq verdi


Azerbaycanrealligi.com xəbər verir ki, 24 iyun TÜRKLÜK GÜNÜ və Elçi Bəyin doğum günü ilə əlaqədar olaraq təyin olunan "BİRLİK YÜRÜŞÜ"nə hazırlıqlar davam edir. Bununla yanaşı siyasi partiyalar, təşkilatlar, ziyalılarla görüşlərini davam etdirən BƏYAZ HƏRƏKAT təşkilat komitəsinin sədri Hürrü  Əliyev bu gün KXCP-nin sədri hörmətli  Mirmahmud bəylə bir araya geldi.Səmimiyyət və mehribançılıqla keçən görüşün nəticəsi olaraq tədbirdə birgə iştirakla bağlı razılaşma oldu.

BƏYAZ HƏRƏKAT TK olaraq KXCP sədri Mirmahmud bəy Mirəliogluna və görüş iştirakçılarına göstərdikləri səmimiyyətə, anlaşmaya görə bir daha təşəkkürümüzü bildiririk.Əminik ki,birliyimiz milli qurtuluşumuzun təməli  olacaq.

Hazırladı: Cəfərova Günel

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın