Fuad Abbasov kimdir? - Ramin Hacılı yazır

03, 06, 19
20:57

Fuad Abbasov kimdir? - Ramin Hacılı yazır


15 dekabr 1976-cı ildə Bakı şəhərində anadan olan Fuad Malik oğlu Abbasov üç bacının yeganə qardaşıdı. Əslən Füzuli rayonundan olan Abbasov 1993-çü ildə Bakı şəhəri 95 nömrəli orta məktəbi bitirib. Ali təhsilini Türkiyədə alıb. İstanbul Universitetinin jurnalistika fakultəsinin radio və televiziya bölümünü bitirib (1994-2000). 2019-cu ildə Moskva Dövlət Humanitar – İqtisad Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb. 

Türkiyədə təhsil aldığı dönəmdə - 18 sentyabr 1997-ci ildən İhlas Xəbər Agentliynin müxbiri kimi fəaliyyətə başlayıb. 1998-ci ildə çalışdığı İhlas Xəbər Agentliyinin Moskva bürosu qurulduğu üçün ora xüsusi müxbir təyin edilib. Bu əməkdaşlıq uzun müddət - 6 aprel 2016-cı ilə qədər davam edib. 
18 sentyabr 2006-cı ildən 5 may 2009-cu ilədək Türkiyənin Anadolu Agentliyinin jurnalisti kimi də fəaliyyət göstərib. 

6 aprel 2016-cı ildən təsisçisi olduğu MİSRA (Rusiya Azərbaycanlılarının Beynəlxalq İnformasiya Birliyi) internet kanalını yaradıb. Eyni zamanda 2017-ci ildən Rusiya azərbaycanlılarının İnformasiya Təşəbbüsləri Mərkəzinin də rəbəridir. 2016-cı ildən sosial şəbəkələrdə və video platformalarda aktiv fəaliyyət göstərməyə başlayıb.

Bu tərcümeyi-hal sizlərə standart bioqrafiya kimi görünə bilər. Yalnız Fuad Abbasovu şəxsiyyət kimi xalqının sevimlisi edən səbəblərə baxınca, fədakar kimliklə tanış olacaqsınız. O "biz hər birimiz tutduğumuz mövqedə vətənimizə, insanlığa xidmət edən əsgər olmalıyıq, həqiqətləri müdafiə etməkdən çəkinməməliyik” deyərək ölkəsi Azərbaycanın ədalətli sözçüsü olmağı bacarıb. 

Fuad Abbasov

Bu məqsədlə Fuad bəy rus televiziya, radio, qəzet və internet mediasında cox sayda cıxış edib, demək olar Rusiyanın dövlət telekanallarında regionumuza aid yayımlanan bütün verilişlərə dəvət olunub. O, bu verilişlərdə siyasi şərhçi kimi cıxış edirdi. İlk vaxtlarda onu proqramlarda Türkiyə jurnalisti kimi təqdim edirdilər, hətta ona Azərbaycanı müdafiə etməyi qadağan belə etməyə çalışırdılar. Fuad Abbasov isə Azərbaycan əleyhinə çıxışlar edən müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan olan politoloqların əhatəsində ölkəsinin haqlı mövqeyini tək müdafiə etməkdən çəkinmirdi. Buna dair kifayət qədər video var ki, onu insanların sevimlisinə çevirib. 

Rusiyada demək olar bütün mətbuat orqanlarına ermənilərin təsir edə bildiyi dövrdə Fuad Abbasov ekspert kimi Azərbaycan xalqının milli-mədəni maraqlarını qoruyan yeganə şəxs kimi tanınır. Onun məşhurluğu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünə və prezidentin Niva avtomobilini sürməsinə gətirib çıxarmışdı.

Abbasov Azərbaycanın Rusiyadaki səfirliyi, o cümlədən şəxsən fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu ilə də müsbət münasibət qurmağa nail olmuşdu. Populyarlığı və Azərbaycan xalqının rəğbətini qazanması çoxunun xoşuna gəlmirdi.  Fuad Abbasov həm də Qarabağın işğalı ilə bağlı tutduğu barışmaz mövqeyinə görə dəfələrlə hədə və təqiblərə məruz qalıb və bunu dilə gətirməyə məcbur olub. 

Artıq ictimai aləmdə ulduza çevrilən, vətəndaş mövqeyini jurnalist mövqeyinə qurban verə bilməyən Fuad 2016-cı ildə Türkiyənin İhlas Xəbər Agentliyindən azad olunur. Səbəbdə Rusiya Xüsusi Xidmət orqanlarının basqısı da hallanır. Həm də harasa ideoloji bağlı olmaq onun azadlığını əlindən alırdı. 

İhlas Agentliyindən ayrıldıqdan sonra əsasən Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdıqı problemlərlə məşğul olur. Sosial şəbəkələrdə, Youtube-da çox hallarda isə özünün MİSRA Online Tele Layihəsi çərçivəsində müstəqil fəaliyyət göstərir

O, 2019-cu ilin fevralında Moskvadakı restoranların birində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident və ardınca millətlərarası münaqişəyə gətirib çıxaracaq qarşıdurmalar zamanı nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə həmyerlilərmizin etimadını doğruldur, Azərbaycan və Çeçen xalqları arasında dostluq körpülərinin bərpa olunmasına nail olur. Xüsusən bu insidenti qızışdıran tərəfin ermənilər olduğunu faktlarla subut etməyi bacarır. 

Ramin Hacıl

Suqut Hava limanına (Surqut Şəhər Aeroportu) əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adının verilməsi ilə bağlı keçirilən sorğu zamanı xüsusi aktivliyi ilə seçilir. 

16 may 2019-cu ildə Fuad Abbasovun Rusiyada hüquq mühafizə orqanları tərəfindən qanunsuz şəkildə saxlanılması, ona qarşı işgəncə faktı və bunun lentə alınaraq yayılması Azərbaycan mətbuatının, sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrildi. Vətəndaşlar kütləvi şəkildə onun müdafiəsinə qalxdı və onun hüquqlarının müdafiəsi üçün müxtəlif aksiyalar, konfranslar, imzatoplama, petisiyalar oldu.  

Rəsmi məlumata görə Moskva məhkəməsi 2019-cu ilin may ayının 7-də xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması adlı, 2737/2019 nömrəli işə baxıb. Proses mayın 16-da yekunlaşıb. Buna görə də 16 may tarixində Moskvada yaşayan və fəaliyyət göstərən jurnalist soydaşımız Fuad Abbasov Rusiyanın hüquq mühafizə orqanları tərəfindən məhkəmənin qərarı ilə saxlanılıb. 

Lakin özü və vəkilləri bu qərarın hüquqi əsasının olmadığını və sifarişli olduğunu bəyan edərək Moskva Apellyasiya Məhkəməsinə şikayət veriblər. 
Fuad Abbasova qarşı Rusiya polisi tərəfindən xüsusi kobudluqla saxlanılması, işgəncə verilməsi və bu görüntülərin çəkilərək sosial şəbəkələrdə yayılması insanlarda haqlı narazılıq doğurdu. Eyni zamanda sifarişli aktın olmasını təsdiq etdi. 
Fuad bəyin vəkilinin verdiyi şikayətə iyunun 6-na təyin edilən apellyasiya məhkəməsində baxılacaq. 

Ramin Hacılı 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın