Müxalif şairdən Xədicə İsmayıla cavab: "Onun Ramil Səfərova dil uzatmasını ömür dəftərinə günah kimi yazılmasını hiss etdim"

25, 05, 19
10:26

Müxalif şairdən Xədicə İsmayıla cavab: "Onun Ramil Səfərova dil uzatmasını ömür dəftərinə günah kimi yazılmasını hiss etdim"

Jurnalist Xədicə İsmayılın Milli Qəhrəman Ramil Səfərov haqqında sosial şəbəkədə yazdığı aşağılayıcı sözlər facebook sosial şəbəkəsi istifadəçiləri və tanınmış ictimai fəallar, şairlər, yazarlar tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar emosiyalarına qapılaraq hətta Xədicə İsmayılın ünvanına təhqirlər də səsləndirirlər. Bəzilərinin fərqli şəkildə irad və maraqlı tənqidləri də diqqəti cəlb edir. Məsələn, Azərbaycan məmurlarını şeirləri ilə sərt şəkildə tənqid edən, hətta Xədicə İsmayıl həbs olunarkən ona dəstək şeirini belə əsirgəməyən tanınmış şair Mübariz Məsimoğlu da özünün facebook hesabında Xədicə İsmayılın bu addımını normal qarşlamayıb, öz etirazını status yazaraq bildirib. Azerbaycanrealligi.com Sözügedən statusu oxucularına təqdim edir. 

Mən müharibəni, adam öldürməyi, dil varkən yumruğa əl atmağı heç sevmədim. Amma Mübariz İbrahimovun ermənilərin leşinə vurmasını qəlbən təqdir etdim. Ramil Səfərovun adamlığını itirmiş ermənini gecə baltalıyıb öldürməsinə haqq qazandırdım. Mən bu iqtidarı, onun başında duran İlham Əliyevi də heç sevmədim. Amma onun Mübarizə, Ramilə verdiyi dəyəri yüksək qiymətləndirdim. Onun bu iki savab işinə görə min günahının üstündən keçdim.Bunun lap təbliğat xətrinə edibsə də belə onun bu əməlini Allahın bizə bir lütvi kimi qəbul etdim. Mən Xədicənin çəkdiyi iztirabları ruhən yaşadım. O zindanda olarkən ona bir şeir də həsr etdim. İlham Əliyevin haqqa qarşı apardığı siyasəti pislədim. Amma, sözün açığı, onun Ramilə dil uzadıb onun əməli üstündə haqqa varmaq istəyini başa düşmədim. Bu addımının onun ömür dəftərinə bir günah kimi yazılmasını hiss etdim...

Hazırladı: Cəfərova Günel

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın