Gənc fəal Biləsuvar keçid məntəqəsində saxlanılıb, onun iştirakı olmadan ona məxsus çantada axtarış aparılıb

13, 05, 19
19:23

Gənc fəal Biləsuvar keçid məntəqəsində saxlanılıb, onun iştirakı olmadan ona məxsus çantada axtarış aparılıb


Gənc siyasi fəal Samir Poladov İrandan gələrkən Biləsuvar gömrük məntəqəsində saxlanılıb. Bu haqda Azerbaycanrealligi.com-a Ağ partıyanın başqan muavini Rüfət Hacıbəyli məlimat verib O, bildirib ki, Gömrük məntəqəsinin post rəisinin müavini Cəmil Quliyev Samir Poladova məxsus bağlamalardan birini sahibinin iştirakı olmadan başqa bir otağa aparmış, bağlamada axtarış həyata keçirmişdir. Samir Poladov bildirib ki, bu, siyasi sifarişdir, sosial şəbəkələrdəki aktivliyinin qarşısını almaq üçün ona qarşı edilən bir təxribatdır. Qeyd edək ki, siyasi fəal Samir Poladov keçmiş siyasi məhbusdur. O, Mingəçevir hadisələrinə görə 1 il 6 ay azadlıqdan məhrum edilib, cəzasını başa vurduqdan sonra azadlığa çıxıb. O, səhhətində yaranmış ciddi problemlərlə bağlı tez-tez müxtəlif ölkələrdə müalicə olunur.  Samir Poladov mövcud hakimiyyəti sosial şəbəkələrdə ən sərt tənqid edən gənclərdəndir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın