Eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlunun rəhbərlik etdiyi hərəkat Bakıda birlik yürüşü elan etdi

11, 05, 19
19:38

Eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlunun rəhbərlik etdiyi hərəkat Bakıda birlik yürüşü elan etdi


Azerbaycanrealligi.com xəbər verir ki, yeni yaradılmış Bəyaz hərəkatının sədri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev başçılıq etdiyi Bəyaz hərəkatın təşkilatlar və partiyalara çağırış etdiyini və 24 iyun tarixində Bakı şəhərində "Birlik yürüşü" keçirməyi bildirib. Sözügedən çağırışı oxucularımıza təqdim edirik.

Biz özünü müdafiə dövründən özünü təsdiq dövrünə keçəndə Azərbaycanın  müstəqilliyi uğurunda təşkilatlanaraq mübarizə aparan Xalq Cəbhəsindən partiyalara keçəcəyik. Partiyalar müstəqil Azərbaycanın demokratikləşməsinə özlərinin töhvəsini verəcək. Sonra xalqımız gərgin vəziyyətə düşəndə yenə özünü müdafiə halına keçəcək və bu zaman demokratik, milli mücadilə aparan partiyalar birləşib yeni növ Xalq Cəbəsi yaradacaq.

  Əbülfəz Elçi Bəy. Millətimizin, dövlətimizin, Vətənimizin düşdüyü son qaranlığı və gərgin vəziyyəti aradan qaldırmaq üçün yeni növ -MILLI GÜC ITIFAQI nın yaranmasını zəruri hesab edən BƏYAZ HƏRƏKAT Rəsulzadə ideyası ilə silahlanıb Elçi Bəy yolunu gedən bütün partiyaları, ictimai təşkilatları, ziyalıları və gənclərimizi 24 iyun tarixində, saat 11-00 da Türklük günü və Elçi Bəyin dogum günü münasibəti ilə (20nömrəli məktəbin önündən)Fəxri Xiyabana birgə yürüşə dəvət edirik.  Qoy həmin gün birliyimizin, İttifaqımızın, bütövlük  mübarizəmizin yeni bir dönəminin başlangıcı və müjdəçisi olsun.          

Hörmətlə: Bəyaz Hərəkat təşkilat komitəsi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın