sitename

Şuşanın icra başçısı: "Ali Baş Komandanın bir kəlmə əmri lazımdır, torpaqlarımızı işğaldan azad edəcək"


"Mən sülh danışıqlarına inanmıram". 

Azerbaycanrealligi.com ONA-ya istinadən xəbər verir ki, bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
O bildirib ki, hər il verilən vədlər, yalanlar 27 ildir, davam edir: "Mən beynəlxalq təşkilatların, istər ATƏT-in Minsk qrupunun, istər ABŞ-ın boş vədləri, bir neçə sifətli siyasətləri barədə artıq danışmaq istəmirəm. Hamı bilir ki, bunlar yalan vədlərdir. Hamı bilir ki, BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, o dövlətlər haqq sözünü demir. Yeri gələndə ermənipərəstlik etmələri bizim xalqımızın diqqətindədir. Ona görə də biz möhtərəm Prezidentimizin apardığı siyasəti, onun ordu quruculuğunda gördüyü işləri yüksək qiymətləndiririk. Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi şücaət bütün dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandanın bir kəlmə əmri lazımdır, əgər o əmr edərsə, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Mən öz fikrimi deyirəm. Çox sülh danışıqları deyirik, amma mən sülh danışıqlarına inanmıram. Mən inanıram ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız doğma Şuşamıza, işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq və üç rəngli bayrağımız doğma Şuşamıza, Xankəndində, Ağdamda və işğal olunmuş başqa torpaqlarımızda dalğalanacaq".

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 322
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 673
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 442
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 164
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar