Məhkəmə Fuad Əhmədlini həbsdən azad etmədi

01, 05, 19
22:41

Məhkəmə Fuad Əhmədlini həbsdən azad etmədi


Bu gün Suraxanı Rayon Məhkəməsi AXCP üzvü Fuad Əhmədlinin vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması barədə müraciətini təmin etməyib.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu gün Fəalın atası Zəfər Əhmədov Turan-a bildirib ki, iclas 16 saylı koloniyada hakim Elnur Nuriyevin sədrliyilə keçirilib. Ədliyyə Nazirliyinin yanında İctimai Komitə və koloniya administrasiyası F.Əhmədlinin barədə mənfi rəy veriblər. Bunun əsasında məhkəmə Fuad Əhmədlini vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib.

Xatırladaq ki, Fuad Əhmədli 2016-ci ilin avqustunda "Əməliyyat-axtarış fəaliyyəti haqqında qanun"un pozulması, "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs olunub. Bundan əlavə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. 2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın