İlham Əliyev hər kəsin gözlədiyi böyük əfv fərmanını 18 martda imzalayacaq

16, 03, 19
12:38

İlham Əliyev hər kəsin gözlədiyi böyük əfv fərmanını 18 martda imzalayacaq


Son zamanlar yerli və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin ardıcıl azadlığa çıxması demək olar ki, ölkədə böyük müzakirələr mövzusuna çevrilib və demək olar ki, xarici təşkilatlar və səfirlik nümayəndələri, bəzi avropalı millət vəkilləri bu addımı tədqirəlayiq hesab edirlər. Amma ölkəmizdə müxtəlif cür fikirlər səsləndirənlər də var. Kimisi hakimiyyətin geri çəkildiyini deyir, kimisi son zamanlar keçirilən mitinq və aksiyaların, hətta bunu sonuncu mitinqdə çox insanın çıxmasının təsiri kimi qiymətləndirir. Amma əsla elə deyil. Xatırlayırsınızsa, siyasi məhbusların azadlığa çıxması hər zaman gündəm mövzusu olub. Onların çıxması üçün müxtəlif cür tədbirlər keçirilib, hətta bəzilərinin ad günləri belə xüsusi qeyd olunub. Xatırlayırsınızsa, Azerbaycanrealligi.com bir neçə ay bundan əvvəl Qurban bayramı ərəfəsində ölkə başçısının humanist addım ataraq əfv fərmanı imzalayacağını və bir neçə siyasi məhbusun azadlığa çıxacağı haqqında məlumat vermişdi. Elə bu formatda məhz sözügedən yazıdan sonra bu humanist jest öz təsdiqini tapdı, dərhal İlqar Məmmədov azad olundu, daha sonra hər kəsin tanıdığı bir neçə siyasi məhbusun, ən sonda bloger Mehman Hüseynovun da azad olunması buna əyani subutdur. 

Bu günlərdə isə hər kəsin gözlədiyi böyük əfv fərmanının imzalanması barədə Azerbaycanrealligi.com-a məlumat daxili olub. Bu fərmanın 18 martda imzalanacağı bildirilir, hətta siyasi məhbusların bir çoxu azad olunmaları üçün ölkə başçısı İlham Əliyevə müraciət də ünvalayıblar.

Kimlər azadlığa çıxa bilərlər, kimlər həbsdə qalacaqlar? 

Mənbə bildirir ki, əfv fərmanı ilə xeyli sayda siyasi fəallar, jurnalistlər və blogerlər azadlığa çıxacaq. Əfv fərmanı Səid Dadaşbəyli ilə birlikdə 13 ilə yaxındır ki, məhbəs həyatı yaşayanlara da şamil olunacaq. Nardaran hadisələrində həbs olunanlardan isə məyusedici xəbər var. Bu fərmanın onların çox az qisminə, bəlkə də heç birinə şamil olumayacağı kimi məlumatlar var. Onu da əlavə edək ki, xəbəri verən məlumatlı mənbə siyasətçilərdən, jurnalistlərdən, ictimai fəallardan konkret kimlərin çıxacağı haqqında da məlumat verib. Amma biz siyasi məhbus ailələrində məyusluq yaranmasın deyə həmin şəxslərin konkret adlarını yazmamağa üstünlük veririk. Eyni zamanda, bu fərmanın imzalanması yalnız ölkə başçısının səlahiyyətində olduğu üçün adların yazılmasını doğru hesab etmirik.  

Bayram ərəfəsində bu fərmanla azadlığa çıxacaq yüzlərlə məhbusun kimliyindən asılı olmayaraq sevinc yaşayacaq ailələri əvvəlcədən təbrik edirik, onlara həyatda Azərbaycan naminə böyük işlər görmələrini arzu edirik.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın