Politoloq Rüfət Əliyev: Türkiyə, Rusiya və İranda avtoritarizmin çiçəklənmə dövrünü yaşayır

10, 03, 19
08:46

Politoloq Rüfət Əliyev: Türkiyə, Rusiya və İranda avtoritarizmin çiçəklənmə dövrünü yaşayır


Ukraynada seçki yaxınlaşdıqca demək olar ki, həyəcanlar pik həddə çatımışdır. Namizədlərin bir-birilərinə sərt ittihamlarının səsləndirilməsi seçkinin bir o qədər də sakit keçməyəcəyinə əsas verir. Dost ölkə və narıncı inqilab beşiyi olan qərb, ölkədə seçkidən sonra Azərbaycanla münasibətlər hansı əsaslarda tənzimlənəcək, nə cür dəyişikliklər ilə yadda qalacaq... Bütün bu suallarla bağlı Azerbaycanrealligi.com gənc politoloqların münasibətini öyrənib.

Politoloq Rüfət Əliyev bildirir ki: "Ukraynada keçirilən seçkilərin, Azərbaycanda müəyyən həvəsləndirmələr yarada bilər, amma nəyinsə dəyişəcəyinə stimul olacağını iddia etmək absurd olardı.  Azərbaycanda avtoritarizmi himayə edən Rusiya, Türkiyə və İrandır. Bu ölkələrlə ciddi əlaqələrimiz, eyni zamanda adını sadaladığım ölkələrin Azərbaycana təsir imkanları genişdir. Yalnız onlarda olan demokratik açılımın,  Azərbaycana mümkün təsirindən danışmaq olar. Onlarda da avtoritarizm çiçəklənmək dövrünü yaşayır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın