“Bakını boşaltmaq lazımdır” – FAZİL MUSTAFA

09, 03, 19
10:49

“Bakını boşaltmaq lazımdır” – FAZİL MUSTAFA


Milli Məclisin deputatı Fazil Mustafa Bakı şəhərinin boşaldılmasını təklif edir.

Azerbaycanrealligi.com xəbər verir ki, Fazil Mustafa ölkə başçısının şəhərsalma sahəsində islahatlar həyata keçirilməsi ilə bağlı anonsunu şərh edərək deyib ki, bu sahədəki problemlər, qanunsuzluqlar aradan qaldırılmalıdır:

“Əslində bu gün biz də şəhərsalma problemi yoxdur. Bizdə şəhərin yüngülləşdirilməsi problemi mövcuddur. İş təkcə bina tikməkdən ibarət deyil, əsas məsələ infrastrukturun yaradılmasıdır. Burada digər əsas məqamlardan biri də regionların inkişaf etdirilməsi və Bakının yükdən azad edilməsidir. Regionlar inkişaf etmədiyindən hamı Bakıya yığışıb. Regionları inkişaf etdirməklə Bakını boşaltmaq lazımdır” – deyə deputat bildirib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın