Milli Şuranın mitinqində saxlanılan millətçi gəncə 10 sutka həbs verildi.

19, 01, 19
22:59

Milli Şuranın mitinqində saxlanılan millətçi gəncə 10 sutka həbs verildi.


Bu gün Milli Şuranın "Mehman Hüseynova azadlıq!" adı ilə keçirdiyi mitinqdə millətçi gənclərdən olan Murad Bayramoğlu polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon 29-cu polis bölməsinə aparılıb, orada isə ona İnzibatı Xətalar Məcəlləsinin 535.2-ci Polisin əmirinə tabe olmamaq maddəsi ilə inzibatı qaydada ittiham irəli surulub. Daha sonra isə, hakim qarşısına çıxarılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 10 sutka həbs olunub. Bu haqda Azerbaycanrealligi.com-a Murad Bayramoğlunun yaxınları məlumat veriblər. Qeyd edək ki, Murad bəy hər zaman siyasi proseslərdə aktiv iştirakçılardandır. O, siyasi məhbus problemində yaxından iştirakı ilə seçilən fəallardan olmuşdur. Bundan əlavə, Murad Bayramoğlu Milli Şuranın 19.01.2019-cu il tarixində keçirilən mitinqinə sosial şəbəkədə ən fəal çağırışlar edəndərdən biri olub.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın