Həbsdə olan siyası məhbusun aclıq aksiyası keçirməsi xəbəri yalan çıxdı

15, 01, 19
20:05

Həbsdə olan siyası məhbusun aclıq aksiyası keçirməsi xəbəri yalan çıxdı

Mehman Hüseynov və siyası məhbuslara azadlıq tələbi ilə həbsdə olan siyasi məhbusların aclıq aksiyası keçirməsi haqqında sosial şəbəkədə məlumatar yayılmışdı. 2 saylı cəzaçəkmə müəssisəsində jurnalist Fikrət Fərəməzoğlunun da aclıq aksiyasına qoşulduğu iddia olunurdu, amma bu informasiyıa özünü doğrultmadı. Dünən həbsdəki jurnalist cəzaçəkmə müəssisəsindən KİV nümayəndələrinə müraciət göndərərək heç bir aclıq aksiyası keçirmədiyini, təcrisxanada heç kimin aksiya keçirmədiyinı bildirmişdir. Hətta bəz şəxslər bu informasiyanı onun adından yazıldığını da idda edirdi. 

Azerbaycanrealligi.com baş vermiş məsələ ilə bağlı onun həyat yoldaşı Faiqə Nüsreti ilə əlaqə saxlayıb. O bildirir ki, Fikrət bəylə görüşə gedir, görüşdən sonra ətraflı məlumat verəcək. Daha sonra Faiqə Nüsrəti özünün facebook profilində Fikrət bəylə görüşdüyünü yazıb: "Mən Fikrət bəylə görüşdüm. Hal-hazırda, səhhətilə əlaqədar aksiyaya qoşulmayıb. Bu gun Qırmızı xaç komitəsinin nümayəndəsi onunla görüşüb. Bu həftə içində 2 sayli CÇM-dən müalicə müəssisəsinə köçürüləcəkdir. Dostlara, hüquq müdafiəçilərinə onu dəstəklədiyi üçün təşəkkürünü bildirdi", - deyə həbsdə olan jurnalistin həyat yoldaşı qeyd edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın