Salyan şəhərində həbs olunanlardan Tariyel Məlikzadənin səhhəti pisləşib: "Aldığı zərbədən sağlamlığında ciddi problemlər yaranıb"

14, 01, 19
20:51

Salyan şəhərində həbs olunanlardan Tariyel Məlikzadənin səhhəti pisləşib: "Aldığı zərbədən sağlamlığında ciddi problemlər yaranıb"


Bir neçə gün bundan öncə Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq şüarı ilə Salyan şəhərində keçirilən piket zamanı həbs olunanlardan biri 20 sutkalıq inzibatı həbs olunan Tariyel Məlikzadənin səhhətində ciddi problemlər yaranıb. Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda Salyan şəhərinin keçmiş icra başçısı Ədalət Yusubov məlumat verib. Məlum olur ki, günorta saatlarında yazmış olduğu statusundan sonra həmin günün axşam saatlarında onun həbs olunduğu xəbəri gəldi. Tariyel bəy nəyi və nə üçün etdiyinin fərqində olan bəylərimizdəndir. Həbs olunacağını bildiyi halda Mehman Hüseynovun hüquqlarını müdafiə aksiyasına əl atması da dediyimə sübutdur. Əldə etdiyimiz məlumatlara görə həbs olunmuş dostlarımız Salyan rayonu polis şöbəsində ciddi psixoloji və fiziki zorakılığa məruz qalıblar. Aldığı zərbədən Tariyel Məlikzadə səhhətində ciddi problemlər yaranıb. Onun eşitmə qabiliyyətini itirdiyi və ürəyindəki öncədən olan problemlərdən dolayı ciddi əziyyət çəkdiyi bildirilir. "Dostlar, gəlin, bu məlumatı daha çox ictimailəşdirək, Tariyel bəyin səhhətinə biganə qalmayaq və ona hamılıqla azadlıq tələb edək", - deyə Rifah Hərəkatının idarə heyətinin üzvü Salyan şəhərinin keçmiş icra başçısı əlavə edib.

Hazırladı: ictimai müxbir Cəfərova Günel 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın