Bəyaz Hərəkatı 31 dekabır dünya Azərbaycanlılarının həmrəlik günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

30, 12, 18
19:48

Bəyaz Hərəkatı 31 dekabır dünya Azərbaycanlılarının həmrəlik günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi


Azerbaycanrealligi.com xəbər verir ki, yeni yaramış Bəyaz Hərakatı Azərbaycan xalqını 31  Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib. Təbrikin tam mətnini oxucularımıza təqdim edirik. Qeyd edək ki, Bəyaz Hərəkatının sədri eks-prezident Əbülfəz Elçibəyin qardaşı oglu Hürü Əliyevdir.

Əziz soydaşlarımız, qandaşlarımız, qardaş və bacılarımız, Azadlıq, hürriyyət, bütövlük yolunda dönmədən mübarizə aparan və bu mübarizəni alın yazısı hesab edən aydınlarımız, ziyalılarımız, gənclərimiz, ruhumuzun, asayişimizin, sərhədlərimizin, səngərlərimizin keşiyində duran fiziki, mənəvi əsgərlərimiz sizi 31 dekabr DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLIK GÜNÜ münasibəti ilə təbrik edirik. Milli Azadlıq Hərəkatının lideri Elçibəy başda olmaqla, Azərbaycanın MİLLƏTLƏŞMƏ, DÖVLƏTLƏŞMƏ, BÜTÖVLƏŞMƏ yolundakı bu şərəfli tarix səhifəsini bizə bəxş edən millətimizin bütün əsgərlərinə borcumuzu ifadə edərək dünyasını dəyişənlərimizə Tanrıdan rəhmət, yaşayanlarımıza can saglığı, fədakarlıq, ruh yüksəkliyi arzulayırıq.   Yaşadığımız, uzaq olmayan 30 illik tarixin başlanğıcında nail olduğumuz birlik və həmrəyiliyimizin nəticəsində üçrəngli bayrağımızın quzeydə dalgalanmasını fəxrlə seyr edən millətimiz, tikanlı məftilləri qısa müddətdə söküb qucaqlaşarkən vüsalın ani şirinliyini, dadını-tamını da unutmamışdır. Mübarizəmiz davam edir. Əminik, inananırıq ki, növbəti birliyimiz və həmrəyliyimiz Vətənimizin bütövlüyünü, ərazilərimizin əbədi toxunulmazlığını təmin edəcək. BƏYAZ HƏRƏKAT olaraq BÜTÖV AZƏRBAYCAN sevdalı vətəndaşlarımızı Həmrəylik günü münasibəti ilə bir daha təbrik edirik. Azərbaycan və dünya türklərinə birlik, əminlik, qələbə arzulayırıq.

BƏYAZ HƏRƏKAT adından sayğılarla Hürrü Əliyev

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın