“Siyasi Məbuslara Azadlıq İttifaqı" Beynəlxalq İnsan Haqları Günü (10 dekabr) münasibətilə mətbuat konfransını keçirtmişdir.

08, 12, 18
02:06

“Siyasi Məbuslara Azadlıq İttifaqı" Beynəlxalq İnsan Haqları Günü (10 dekabr) münasibətilə mətbuat konfransını keçirtmişdir.

“Siyasi Məbuslara Azadlıq  İttifaqı" Beynəlxalq İnsan Haqları Günü (10 dekabr) münasibətilə mətbuat konfransını keçirtmişdir.
Tədbirdə jurnalistlərlə yanaşı, bir çox partiyaların, inanclı insanların, siyasi məhbus ailələrinin və d. nümayəndələr də iştirak etmişlər. “Siyasi Məbuslara Azadlıq  İttifaqı"-nin  (SMAİ) təsisçilərindən biri, Azərbaycancan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tədbirin - 1. Azərbaycanda İnsan Haqlarının bugünki durumu; 2. Siyasi məhbuslar siyahısının yenilənməsi; 3. İnanclı insanlarının hüquqların müdafiəsi ilə bağlı problemlərin müzakirəsinə həsr edildiyini bildirmişdir.
  Birinci məsələ ilə bağlı olaraq SMAİ-nın digər təsisçisi Hilal Məmmədov çıxışında ölkəmizdə ictimai,siyasi, iqtisadi və sosial sahələrdə İnsan Haqları ilə bağlı olaraq bir çox mövcud problemləri xatırlatmaqla yanaşı, onların aradan qaldırılması yolları barədə də bəzi təkliflərini irəli sürmüşdür. SMAİ-nın təsisçisi Elşən Həsənov ölkəmizdə Siyasi Məhbuslarla bağlı son durum və Siyasi Məhbuslar siyahısına 3 nəfərin (Rəhimov İkram , www.reallıq.info saytının baş redaktoru); Azad Həsənov (Musavat Paryiyasının fəalı); Əbülfəz Sadıqbəyli (Musavat Partiyasının Gənclər təşkilatının sədri) əlavə edilməsiylə yenilənməsi barədə məlumat verdi. Yeni siyahı 150 nəfər siyasi məhbusları əhatə edir. SMAİ-nın hal-hazırda Avropada mühacir həyatını yaşayan digər təsisçısi Leyla Yunus xanım canlı yayımla yenilənmiş Siyasi Məhbuslar siyahısının artıq digər xarici dillərə də tərcümə olunub Beynəlxalq Təşkilatların, o cümlədən, AŞPA və Avropa Birliyinin İnsan Haqları komissiyasının müzakirəsinə təqdim edildiyi barədə ətraflı məlumatlar verdi. Sonra jurnalistlərin sualları cavablandırıldı.

Bizimlə əlaqə saxlayın