Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov ev dustaqlığına buraxılmadı

07, 12, 18
13:32

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov ev dustaqlığına buraxılmadı


 Əbülfəz Sadıqovun məhkəmə zamanı çekilən (FOTO)

Haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilən Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə Səbayıl rayon Məhkəməsində qaldırdığı iddia təmin edilməyib.

Azerbaycanrealligi.com AnTV.az-a isitnadən xəbər verir ki, prosesə Səbayıl rayon Məhkəməsinin hakimi Mədinə Bağırova sədrlik edib.
Ə.Sadıqovun vəkili Osman Kazımov bildirib ki, Səbayıl rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləck.

Qeyd edək ki,  Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun haqqında Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

O, AR CM-in 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur. İstintaqı DİN-in Baş İstintaq İdarəsi aparır.

Xatırladaq ki, ittihama görə, Əbülfəz Sadıqov kreditlə aldığı “Niva” markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Aparıb DYP-yə verib, orada maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.

Müsavatçı məhkəmədə deyilənlərin yalan olduğunu və həbsinin siyasi xarakterli olduğunu bildirib.



Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın