MedEra Hospitalda burun-dodaq əməliyyatı etdirən xanımı bu vəziyyətə saldılar: "Burnumdan qan gəlir, çirk gəlir, nəfəs ala bilmirəm" - FOTOLAR

23, 11, 18
20:13

MedEra Hospitalda burun-dodaq əməliyyatı etdirən xanımı bu vəziyyətə saldılar: "Burnumdan qan gəlir, çirk gəlir, nəfəs ala bilmirəm" - FOTOLAR


Azerbaycanrealligi.com saytına müraciət etmiş vətəndaş Evelina Nadir qızı Şükürova məşhur MedEra Hospitalda etdirdiyi əməliyyatların uğursuzluğundan bəhs edərək əməliyyatı həyata keçirən MedEra Hospitalın direktoru və lor həkimi Qəhrəman Qəhrəmanovdan narazılığını dilə gətirdi. Onun bildirdiyinə görə 2016-cı ildə burun və dodaq əməliyyatları üçün MedEra Hospitalın direktoru Qəhrəman Qəhrəmanova müraciət etmişdir. Əməliyyatlar üçün hospitalın kassasına ödəniş etməmişdir, qəbzsiz olaraq ödədiyi 2500 manat məbləğin yarı hissəsini həkim otağında, digər yarı hissəsini isə palatada birbaşa həkimin özünə ödədiyini bildirir. Bundan əlavə, analiz və əməliyyat sonrası dərmanlar ona 200-300 manata başa gəlmişdir. Vətəndaş Evelina Şükürova əməliyyat barədə bildirir: “Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri idi, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan gəlir, çirk gəlirdi, istədiyim formada deyildi”. Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alınıb.

Bu əməliyyat da uğursuz olub. Vətəndaş qeyd edir ki, “əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır". Şikayətçi bildirdi ki, MedEra Hospitalın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hal-hazırda, “Həyat” klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.

Onun əməliyyatlarının uğursuzluğunu bildirən vətəndaşa həkimin sözü bu olmuşdur ki, “ hara istəyirsən, müraciət elə, sənin ideal dodağın və burnun var, istəyirsən get əməliyyat elə, xoşuma gəlsə, sənə hörmət eləyərəm". MedEra Hospitalın direktoru və lor həkimi olmuş Qəhrəman Qəhrəmanovun əməliyyatlarından səhhətində problemlər yaşayan zərərçəkmiş Evelina Şükürova dəymiş zərərin tam ödənilməsini tələb edir. Bildirir ki: “Mən dilənçi pulu istəmədim, öz verdiyim pulu ondan istəyirəm. Mən təkrar olaraq üçüncü dəfə yenə də narkoz almalıyam ki, burnum və dodağımı əməliyyat eləyim”. Pasiyentin fiziki və psixoloji vəziyyətini nəzərə alaraq həkim ona yardım etmək və yeni əməliyyatla onun durumunu yaxşılaşdırmaq üçün nə əməliyyatı öz üzərinə götürür, nə də ödənilmiş məbləği geri qaytarır. Bunun əvəzində pasiyentə: “sən gəzməyin üçün pul istəyirsən, ona görə məndən pul qopartmaq istəyirsən," - deyərək narazılıqların haqsız olduğunu iddia edir.


VİDEO


MedEra Hospitalda lor həkimi Qəhrəman Qəhrəmanov tərəfindən həyata keçirilmiş Evelina Nadir qızı Şükürovanın burun-dodaq əməliyyatı ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın