"Qarabağla bağlı 2-3 aydan bir mitinq keçirmək qəbulolunmazdır" - Elçibəyin qardaşı oğlu

11, 10, 18
11:16

"Qarabağla bağlı 2-3 aydan bir mitinq keçirmək qəbulolunmazdır" - Elçibəyin qardaşı oğlu

"Qarabağa azadlıq" deyib 2- 3 aydan bir mitinq və yürüş keçirmək qəbulolunmazdır. 



Azerbaycanrealligi.com xəbər verir ki, bunu Bəyaz Hərəkat”ın TK-nin sədri Hürrü Əliyev "Qarabağ Mitinqi"nin vaxtının uzadılmasına münasibət bildirərkən deyib: 

"Biz "Qarabağa Azadlıq" mitinqini keçirən təşkilat komitəsinə mitinqlərlə bağlı ona görə dəstək vermədik ki, onlar Qarabağı 2- 3 aydan bir medanlarda yada salsınlar.

Qarabağla bağlı mitinqlər nəinki 2 aydan bir, ayda 2 dəfə,  heç olmasa  ayda 1 dəfə keçirilməlidir. 

Çoxları mitinq məsələsində AXCP -ni qınıyır, ama AXCP tək başına ayda 3 dəfə bu və ya digər şəkildə kütləvi mitinqlər təşkil etmək qabliyyətində və bacarığındadır.

50 təşkilat yığılıb ora 2-3 aydan bir Qarabağ adıyla mitinq düzənliyəcəksinizsə  bunu yenə də dəstəkləyirik və dəstəkliyəcəyik də.  Amma Bəyaz Hərəkat bu təşəbbüslə çıxış edir və deyirik ki, milli amallarımız uģrunda ,o cümlədən Qarabağla bağlı büťün təşkilatlar istər bir arada istər ayrı -ayrılıqda mitinq ,yürüş keçirtməkdə sərbəstdirlər, istər 100 istirakçı istər 100 min iştirakçı ilə olsun, ama ardicıl, qısa aralarla və davamlı. Milli amallar uģrunda mübarizələr və fəailjyyətlər istər mətbuat ,istər sosial şəbəkələr üzərindən, istərsə də meydanlarda və auditoriyalarda durdurulmadan, davamlı və ardıcıl davam etrilməli və aparılmalıdır.

"Qarabağa azadlıq" - deyib 2 - 3 aydan bir mitinq yürüş keçirmək qəbulolunmazdır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın