Jurnalistdən hüquq müdafiəçisinə sərt ittiham

03, 10, 18
22:48

Jurnalistdən hüquq müdafiəçisinə sərt ittiham



Azerbaycanrealligi.com xəbər verir ki, tanınmış jurnalist Gülnaz Qənbərli hüquq müdafiəçisi Oktay Gülalıyevin ünvanına öz facebook hesabında sərt ittihamlar səsləndirib. Jurnalist Gülnaz xanımın yazdığı statusu olduğu kimi təqdim edirik.

Oktay Gülalıyev, bəs mən sizə canlı yayımda bir elə sual verdim, niyə cavablandırmaq istəmirdiniz? ))) Mən verdiyim sözü tutdum və sizin cavab verməyə ehtiyat etdiyiniz sualları vermədim. Məgər indi yazdığınız adları efirdən səsləndirməyə sizə kimsə icazəmi vermirdi? Ya cəsarətiniz çatmırdı? Əslində, bu şəxslərin adlarını da fikri əsil obyektdən uzaqlaşdırmaq üçün yazıbsınız. Nə problem var idi ki, onların adlarını çəkməkdə.))) Bizim telefon danışıqlarımız var, hamısı da durur. Nə əcaib şeylər yazmisiniz eee..))) Yeganə Əmiraslana, Fuad Ağayevə, Али Огузa (Ali Oğuz) və adlarını bilmədiyim digərlərinə qara yaxanlarla bağlı da fikirləriniz durur. İndi həmin şəxslər deyir ki, guya siz Avropa hesabatıyla bağlı danışanların cavabını vermisiniz? ))) Elə efirdən danışaydınız, verəydiniz də cavabı, sizə kim mane olurdu? Tem bolee, sizə ki canlı efirdə şərait yaratmışdıq... Həftələrlə müxtəlif bəhanələrlə canlı yayımdan qaçdınız, Cavid Cabbarlı-Alışovdan da yaxşıca istifadə etdiniz və bir kənara atdınız... Məncə, kimsə səhifənizi xak edib, adınızdan yazıblar bunları...))) Çünki başqalarını bilmirəm, mənim əlimdə tutarlı faktlar var kiii.... Bu hesabata siyasətə dəxli olmayan dələduzlar, korrupsionerlərin adları göstərdikləri maliyyə dəstəyi müqabilində salınıb. Sizi hamı siyasi mühacir alverində qınayır, bəy... Niyə fürsətdən istifadə edib canlı yayımdan tutarlı cavab vermirdiniz. Lap hakimiyyətin trollarının şantajına oxşadı statusunuz. Ha istədim cavab verməyim, olmadı... Bizim canlı yayımlar davam edəcək, inşaallah.. nələr çıxacaq ortaya, nələr... Heç istəməzdim belə olsun, amma günah məndən getdi. Sizə hörmət etdiyim üçün bu cavabı yazdım. Yoxsa hər gün özünü az qala bu millətə professor kimi sırıyan gədə-güdələr söyüşün birini bir qəpiyə çıxardıb. İt hürər, karvan keçər, milli ermənilərimizdir, qoy söysünlər. Amma haqq nazilər, üzülməz. Mən də haqqı çıxardacam üzə...)) Guya haqq uğrunda mübarizə apardığının hazırkı hakimiyyətdə bu qədər dələduzluq yoxdur, nəinki, Siyasi Məhbusların Müdafiə Mərkəzinin sizin sayənizdə hazırlanan hesabatında. Bunu yazmağa məni məcbur etdiniz. Mərdi qova-qova namərd etməyin....

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın