Aysel Əlizadə: "Qarabağ adına tez-tez müxtəlif aksiya və mitinqlər keçirtmək gərək".

30, 09, 18
23:02

Aysel Əlizadə: "Qarabağ adına tez-tez müxtəlif aksiya və mitinqlər keçirtmək gərək".



Azerbaycanrealligi.com xəbər verir ki, yazar Aysel Əlizadə Bakının "Məhsul" stadionunda keçirilən "Qarabağ mitinqi" haqqında öz facebook hesabında status yazıb. O, mitinqləri normal dövlətlərdə xalqın fikrinin adi ifadə vasitəsi kimi dəyərləndirərək "Qarabağ mitinqi"nə dəstək verib. Sözü gedən statusu olduğu kimi təqdim edirik.

"Qarabağ mitinqi"ni nə şişirtməyə, nə kiçiltməyə gərək var. İnternerdən izlədim. Normal tədbir idi və normal ölkələrdə iki gündən bir belə tədbirlər olur. On nəfərlik, iyirmi nəfərlik aksiyalar da olur. Adam çox gəlib, az gəlib onun elə bir önəmi yoxdur. Beş gün Moskvada qaldım, hər gün bir partiya, bir təşkilat aksiya edirdi mərkəzdə. Eləcə də Kiyevdə, İstanbulda və s. Bizdə icazə vermirlər deyə mitinq adı gələndə elə bilirik çevriliş olmalıymış. Öyrəşməmişik, nəsə fövqəl bir hadisə gözləyirik. Əslində normal və sadə bir hadisədir. Qarabağ adına tez-tez müxtəlif aksiya və mitinqlər keçirmək gərək idi bu neçə ildə.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın