Partiya sədri xalqı "Qarabağ mitinqi"nə cıxmağa səslədi.

29, 09, 18
10:17

Partiya sədri xalqı "Qarabağ mitinqi"nə cıxmağa səslədi.

Partiya sÉdri mitinqlÉ baÄlı çaÄırıŠetdi

Əli Əliyev: “Bu mitinqə vətəndaş kimi iştirak etməli, vətəndaş kimi qatılmalıyıq”

“Partiya üzvlərimiz, tərəfdaşlarımız, mənə şəxsən etimad göstərən şəxslər bu mitinqə qatılmalıdılar”.

Azerbaycanrealligi.com Versus.Az-a isitnadən xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sentyabrın 29-da keçiriləcək mitinqlə bağlı çağırış nitqində deyib:

“Mitinq razılaşdırılıb, yəni qorxulu məsələ mövcud deyil. Mitinqə bu mitinqin gur keçməsində maraqlı olan iqtidarın yumşaq mövqeyinin şahidi ola bilərik. Ona görə də insanların mitinqə gəlməsi arzuolunandır.

Bütün dünya Qarabağdan vaz keçmiyəcəyimiz milli mövqeyimizi görməlidir. Qarabağ elə bir mövzudur ki, nə müxalif-iqtidar, nə müxalifdaxili gərginliklər, nə siyasi mənsubiyyət həlledici deyil. Vətəndaş kimi iştirak etməli, vətəndaş kimi qatılmalıyıq”.

Partiya sədri vurğulayıbki, bu mitinqin keçirilməsi ilə Qarabağ mövzusunda Azərbaycan xalqının siyasi iradəsinin ortada olması göstəricisi nümayiş olacaq:
“Bu nümayişdə iştirak etmək hər bir azərbaycanlının milli borcudur”.


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın