Elçibəyin qardaşı oğlu hər kəsi Qarabağ mitinqinə səslədi.

27, 09, 18
18:08

Elçibəyin qardaşı oğlu hər kəsi Qarabağ mitinqinə səslədi.

Sentyabrın 29-da "Qarabağa azadlıq!”, "Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə Bakıda İnşaatçılar metro stansiyasının yaxınlığındakı "Məhsul” stadionunda mitinq keçirilməsi nəzərdə tutulub. Mitinqə artıq Bakı Şəhər İcra Hakimiyyətinin də rəsmi icazəsi var. Həmin mitinqdə tanınmış şəxslərdən və partiya, hərəkat sədrlərindən kimlərin iştirak edəcəyi təbii ki, bizim üçün çox önəmlidir. Azerbaycanrealligi.com saytı bununla bağlı Bəyaz hərəkatının sədri eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin də mövqeyini öyrənib. Hürrü bəyin Qarabağa həsr olunmuş mitinqə münasibətini olduğu kimi təqdim edirik:

"Mitinqi kimlərin təşkil etməsindən, tribunalarda kimlərin olmasından asılı olmayaraq xalq Qarabağ şüarı altında öz iradəsini ortaya qoymalıdır. Və çox arzu edirik ki, bu mübarizəmiz davamlı olsun və mitinq meydanlarında ahəng pozulmasın. Yəni sırf Qarabağın azadlığı ilə bağlı davam etsə, xalq, bəli, artıq bu mübarizəyə kütləvi qoşulacaq. Önəmli olan odur ki, mövzu Vətənsə, gerisi təfərrüatdır. 18 ildə bircə dəfə Qarabağ adı altında mitinq kecirilir. Ona da hərə bir yerdən mız qoymasın... Bu torpaq, bu Vətən hər kəsindir. Bütöv Azərbaycan türkünündür... Bəli, xalq öz sərəf və ləyaqəti uğrunda Vətəni, torpağı uğrunda bir mitinqlə yox, davamlı ayaqda və mübarizədə olmalıdır. Bəyaz Hərakat hər kəsi bu mitinqə səsləyir. Qarabağ mitinqinin önəmli mahiyyəti odur ki, xalq öz milli amallarl uğrunda da bir meydanlara çıxsın, öz fikrini, öz məqsədini və sonda öz iradəsini ortaya qoysun. Bu bütövlükdə milli şüurun və milli ruhun yüksəlişinə aparan bir aksiyadir.

Vətən torpağı Azərbaycan türkünün şərəf və ləyaqətidir... Qarabağın azadlığı, Güney Azərbaycanın istiqlalı uğrunda harda bir mübarizə, mücadilə, mitinq, savaş varsa, Bəyaz Hərakatı ordadır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın