“Bakının azad edilməsi zəfərini əhəmiyyətsiz göstərməyə çalışan bəzi dairələr olduğunu bilirik” – Ərdoğan

16, 09, 18
21:44

“Bakının azad edilməsi zəfərini əhəmiyyətsiz göstərməyə çalışan bəzi dairələr olduğunu bilirik” – Ərdoğan

âBakının azad edilmÉsi zÉfÉrini ÉhÉmiyyÉtsiz göstÉrmÉyÉ Ã§alıÅan bÉzi dairÉlÉr olduÄunu bilirikâ â ÆrdoÄan
“Onlar fədakarlıqları və cəsarətləri ilə geriyə nəsildən nəslə fəxrlə danışılacaq şanlı bir dastan qoyaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığını daha da möhkəmləndirdilər. 1132 şəhid məzarı ilə Azərbaycan Türkiyədən sonra ən çox şəhid verdiyimiz və şəhid məzarının olduğu ölkədir”.

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının azad edilməsi münasibəti ilə keçirilən paraddakı çıxışı zamanı deyib. Ərdoğan Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni işğalından azad etməsini əhəmiyyətsiz göstərməyə çalışanlara da mesaj verib.
“Türkiyə və Azərbaycan keçmişi bir, mədəniyyəti bir, dili bir, dini bir, iki qardaş ölkədir.

Biz bu gün burada təkcə Qafqaz İslam Ordusu və azərbaycanlı qardaşlarımızın dastana çevrilmiş mücadiləsi ilə qazanılmış zəfərin 100 illiyini qeyd etmirik. Bizlər əziz şəhidlərimizin bizə əmanət olaraq buraxdığı qan qardaşlığımızı də dərk edirik.

15 sentyabr 1918-ci ildə hazırda üzərində yaşadığımız torpaqlarda baş verənlər adi bir hadisə deyildi. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun birlik və bərabərliyimizin də simvoludur. Keçmişi bilmədən, bir əsr əvvəl Nuru Paşa və əsgərlərinin minlərlə kilometr ərazi qət edib Bakıya gəlmələrinin  səbəbini anlamadan, bu həmrəylik tablosunun mənasını dərk edə bilmərik.

Bu böyük zəfəri əhəmiyyətsiz göstərməyə çalışan bəzi dairələr olduğunu bilirik. Təssüf ki, o zaman imzalanan Mondros atəşkəs sazişi bu dairələrə imkan vermiş və Qafqaz İslam Ordusunun buradan çəkilməsinə səbəb olmuşdu,” – deyə Ərdoğan çıxışı zamanı bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın