Mehman Hüseynovun məhkəmə vaxtı bəlli oldu - Tanımış bloger bu ayın 24-də azadlığa çıxa bilər

17, 08, 18
13:45

Mehman Hüseynovun məhkəmə vaxtı bəlli oldu - Tanımış bloger bu ayın 24-də azadlığa çıxa bilər

Mehman Hüseynov avqustun 24-dÉ azadlıÄa çıxa bilÉrHəbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.
Azerbaycanrealligi.com musavat.com-a istinadən xəbər verir ki, bloqqerin ərizəsinə avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq.

Hakimin M.Hüseynovun vaxtından əvvəl buraxılma ilə bağlı ərizəsinə elə onun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində baxacağı bildirilir.
M.Hüseynovun vəkili bildirib ki, bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.
Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib.

 Qeyd edək Azerbaycanrealligi.com xəbər saytı bloger Mehman Hüseynovun tez bir zamanda azadlığa çıxması haqqında oxucularına məlumat vermişdir

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın