REAL Partiyasının lideri İlqar Məmmədov gələn həftə azadlığa buraxıla bilər.

11, 08, 18
21:44

REAL Partiyasının lideri İlqar Məmmədov gələn həftə azadlığa buraxıla bilər.


24saat.org saytına daxil olan məlumatda bildirilir ki, avqudtun 10-da REAL sədrinin məhkəməsinin müəmmalı şəkildə təxirə salınmasının səbəbi də budur. Belə ki, Şəki Apelyasiya Məhkəməsində REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə yeni təkrar apellyasiya baxışı üzrə proses qeyri-müəyyən müddətə təxirə salınıb. Hakim bunun dövlət ittihamçısının gəlməməsi ilə əsaslandırsa da, prosesdə iştirak edən fəallar prokurorlu məhkəmə binasında görüblər.

Saytımıza daxil olan məlumatda da bildirilir ki, İlqar Məmmədovun azad edilməsi Almaniyanın kansleri Angela Merkelin Azərbaycana səfərinədək reallaşmalıdır. O, Qafqaz turnesi çərçivəsində avqustun 25-də Bakıya səfər edəcək. Həmin vaxtadək Azərbaycanda insan haqları sahəsində ciddi inkişaf olması rəyi yaradan addımların atılması gözlənilir. 3 gün əvvəl Azərbaycanda bloklanan saytların tələm-tələsik apellyasiya şikayətlərinə baxılaraq müsbət qərar verilməsi ilə xəbərlə yayılması da media sahəsində “yumşalma” rəyinin yaranmasına xidmət edən amildir.
İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.Amma A vropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.
Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın