KXCP Ali Məclisinin üzvü və özək sədri istefa verdi: Hər kəsin öz yolu var

08, 08, 18
09:18

KXCP Ali Məclisinin üzvü və özək sədri istefa verdi: Hər kəsin öz yolu var

KXCP Ali Məclisinin üzvü və özək sədri istefa verdi "Bizim davamız kolxoz davası yox, Azərbaycan davasıdır!" Sozcu.az saytının rəhbəri, KXCP Ali Məclisinin üzvü keçmiş siyasi məhbus Elşən Əlisoy və KXCP Ağsu rayon şöbəsinin "Turan" özəyinin sədri Anar Rəsullu KXCP -dən istefa veriblər. 

Azərbaycanrealligi.com xəbər verir ki, bu haqda Elşən Əlisoy özünün feysbuk səhifəsində yazaraq məlumat verib. Həmin məlumatı olduğu kimi təqdim edirik: 

"Bu gün, 20 ilə yaxındır çiyin-çiyinə, mübarizə apardığım uşaqlıq dostum və təmzil olunduğum "Turan" Özək Təşkilatının sədri Anar Rəsullu ilə ömrümüzün böyük bir hissəsini, əsasən də gəncliyimizi təşkilatlanmasına həsr etdiyimiz KXCP ilə bağlı çox geniş və açıq söhbətimiz oldu. Son zamanlar KXCP -də baş verən bəzi məsələlərin əsəblərimə ciddi təsir etməsi dəyərli dostumu da haqlı olaraq narahat etdiyini hiss etdim.

Biz liderimiz Əbülfəz Elçibəyin sağlığında onun əsgəri olmağa qərar verdik və BƏY-n lideri olduğu AXCP-yə qoşulduq. O zaman bizim Bütöv, demokratik Azərbaycanla bağlı gözəl arzularımız var idi. Bəyin sağlığında böyük arzuların arxasınca yürüyən insanlar, bu gün kiçik, mənasız davaların oyunçularına çevriliblər. Anar bəylə çox şeyləri müzakirə etdik və özümüzə bir sual verdik, biz KXCP - nəyə görə olmalıyıq? Təbii ki, özümüzə verdiyimiz sual cavabsız qaldı. Sadəcə olaraq KXCP sədri Mirmahmud Mirəlioğluna və İdarə Heyyətinin üzvlərindən bir xahişimiz var, KXCP Ağsu rayon şöbəsinin "Turan" və "Savalan" özək təşkilatlarının üzvlərinin onlara baxmaları üçün göndərdiyi müraciətləri atsınlar zibil qabına!

Hörmətli dostlar, biz rayon şöbəmizin üzvlərindən heç kimə bizimlə bərabər istefa verməyi demirik , heç onun arzusunda da deyilik. Hər kəsin öz yolu var, hər kəs yolunu özü seçir. Bu gün KXCP -nin getdiyi yol bizim gedəcəyim yol deyil . İstefamız barədə zərurət yaranarsa geniş açıqlama verəcəyik. Əsas odur ki, Mən KXCP Ali məclisinin üzvü Elşən Əlisoy və KXCP Ağsu rayon şöbəsinin "Turan" Özək Təşkilatının sədri Anar Rəsullu KXCP sıralardından istefa verdik!

Bizim davamız kolxoz davası yox, Azərbaycan davasıdır! YAŞASIN BÜTÖV , DEMOKRATİK AZƏRBAYCAN!"


Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın