Dəyanət Babayev: Bu gedişlə artıq yaxın zamanlarda lazımi adıyyatı qurumların qarşısında aksiyalar, piketlər keçirəcəyik.

06, 08, 18
22:16

Dəyanət Babayev: Bu gedişlə artıq yaxın zamanlarda lazımi adıyyatı qurumların qarşısında aksiyalar, piketlər keçirəcəyik.

2011-2012-ci illərdə mitinqlərdəki həbslərimlə bağlı Avropa məhkəməsi qərar çıxartdı, mənimlə birgə həbs olunmuş dostlar barədə də qərar elan olundu. Avropa məhkəməsi Azərbaycan hökumətinin bizim barəmizdə verdiyi həbs qərarını rədd edərək bizlərə bəraət verdi. Həmçinin, maddi və mənəvi ziyana görə 10 min avro - Azərbaycan valyutası ilə təxminən 20 min manatdan bir az artıq kompensasiya verilməsi haqqında qərar qəbul etdi. Bu qərarın icra müddəti 6 aya qədər olsa da, Azərbaycan hökuməti Avropa məhkəməsinin qərarını icra etmək istəmir.Qərarın qəbulundan 11 ay keçib, bizim kompensesiyamız isə hələ də ödənilmir. Əvvəl dedilər ki, təzə ilin büdcəsi təsdiq olunmayıb, gözləyin. Gözlədik. Ardınca dedilər ki, hay-küy salmayın, gələn ay ödəyəcəyik. Gələn ay da oldu, ödəmədilər. Sonra biz bununla bağlı etiraz aksiyaları keçirmək qərarı vermək istəyəndə dedilər ki, Gəncə hadislərinə görə ölkədə gərginlikdir, siz də bundan istifadə edib daha artıq gərginlik yaratmayın. Biz onu da başa düşdük, hesab etdik ki, bizim qanuni tələbimiz bəzi qüvvələrin terror oyununa dəstək vermiş kimi görünə bilər. Ona görə də, gözləmə qərarı verdik. Bir neçə gün bundan öncə isə prezident administrasiyasından bizə söz verdilər ki, avqust ayının birinci on günlüyündə pullarınız köçürüləcək. Amma etibarlı mənbələrdən məlumat daxil olub ki, hələ kompensasiyanı köçürmək istəmirlər.

Biz bu ölkəni, bu məmləkəti sevirik, hər zaman da sevəcəyik. İstəmirdik ki, bu problemlə bağlı hər hansı bir aksiya, piket keçirək, sonra da deyəsiniz ki, ermənidən, Avropadan pul alıb ölkəmizdə sabitliyi pozurlar. 11 ay müddətində biz sizinlə kifayət qədər səbrlə, təmkinlə davrandıq, hətta sizlərin ölkədə baş vermiş bəzi narahatlığınızı da başa düşdük. Amma görünür, siz bizi başa düşmək istəmirsiniz. O pulu mənim kimi onlarla gənc gözləyir, hətta bəziləri o pulu aldıqdan sonra evlənmə, ailə qurma qərarlaşdırır.

Onu bilin ki, 2010-2011-2012-2013-ci illərdə meydanlarda sözünü deyən gənclik bu gün də var, daha dogrusu, biz varıq. Biz hər şeyi sakit yolla həll etmək istəyirik, amma siz bunu anlamırsınız. Bu gedişlə artıq yaxın zamanlarda lazımi adıyyatı qurumların qarşısında aksiyalar, piketlər keçirəcəyik. Bir daha düşünün və qərar verin!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın