Psixoterapevt Əli Nağıyev özünü ifşa etdi.-FOTO VİDEO

27, 07, 18
13:53

Psixoterapevt Əli Nağıyev özünü ifşa etdi.-FOTO VİDEO


Müxtəlif Telekanallarda  və  televiziya verilişlərində özünü psixoterapevt kimi təqdim edən Əli Nağıyev əslində bu sahənin mütəxəssisi deyilmiş. 
Azerbaycanrealligi.com “Yenigundem” isitnadən xəbər verir ki,Təqdim etdiyimiz videoda özü də bunu-“Mən sadəcə bu sahəylə məşqulam. Demirəm ki, psixoterapevtəm.sadəcə bir neçə sertifikatım var”- deyərək, etiraf edir.Qeyd edək ki bu etiraf Milli psixologiya forumunda baş verib. Hər kəs də şahidi olub.  Bizim də araşdırıb əldə etdiyimiz məlumatlara görə Ə.Nağıyev öncə tibb müəssisələrində kordinant, sonra cərrah, daha sonra travmotoloq və terapevt kimi fəaliyyət göstərib.  Ama nədənsə sonradan psixologiya sahəsini daha gəlirli olduğunu görüb, özünü nə az nə çox psixoterapevt kimi pasientlərə təqdim edib.
Aldığımız məlumata görə hazırda çalışdığı “Loqos” psixoloji və nitq inkişafı mərkəzində onun seansı 60-70 manatdır. Bu sahə üzrə qeyri-peşəkar olan, sadəcə 2-3 sertifikatı olan birini bu mərkəz hansı hüquqla “psixoterapevt” adı altında çalışmasına izn verir və şərait yaradır? Təbii ki maddi marağa görə. Bəs vicdan? Efirlərdə də özünü bu ixtisas həkimi təqdim etdirib, əhalini aldadaraq çoxlu pasient qəbul edir. Və əldə etdiyimiz digər məlumatlara görə, bu “həkim” pasientlərlə keçirdiyi “seanslar”da onlara müxtəlif musiqilər dinlədir,Quran ayələrini oxutdurur, hətda evdə də Ayətəl-kürsi və sair kimi duaları oxumağı tapşırır və namaz qılmağı tövsiyyə edir. Hörmətli psixoterapevtlər, beləmi olur sizin də keçirdiyiniz psixoloji seanslar? Qəbuluna gələn xanım pasientlərə isə”xüsusi münasibəti” varmış..Niyə belə qeyri-ixtisas sahiblərinin lisenziyası alınıb, fəaliyyəti dayandırılmır?
Beləliklə, efirlərdən əhalini “psixoterapevt” kimi aldadan bu dırnaqarası mütəxəssisin etirafını Sizə də təqdim edirik. Bilin ki, belə fırıldaqçıların toruna düşməyəsiz.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın