Bağırsaq xərçənginin və böyrək daşlarının düşməni: Sarı qarpız...

08, 06, 18
18:07

Bağırsaq xərçənginin və böyrək daşlarının düşməni: Sarı qarpız...


Yay fəslinin sevimli meyvələrindən biri, daha dəqiq desək, birincisi qarpızdır. Artıq dünyanın bir çox yerində geniş yayılmış sarı qarpız daha çox alıb, yediyimiz qırmızı qarpızdan xeyli faydalı imiş. Xüsusilə ən çox Çində yeyilən sarı qarpız təbii şəfa mənbəyidir.
Qeyd edək ki, artıq son illərdə sarı qarpız Azərbaycanda da yetişdirilir. Sarı qarpız geni dəyişdirilmiş yox, təbii məhsuldur.
Dünyada geniş yayılmış sarı qarpazın faydaları haqqında bilməniz lazım olan məlumatları sizlərə təqdim edirik.
Sarı qarpızın ən çox bilinən faydası bağırsan xərçəngi xəstəliynin qarşısını almasıdır. Xüsusilə də onun tumları bağırsaq xərçəngini yox edə bilir və bağırsağın hərəkət sistemini nizama salır. Sarı qarpızın tumlarında olan “cucurbocitrin” maddəsi qan təzyiqini və böyrəyin funksiyalarını nizamlayır. Sarı qarpız olduqca sağlam liflərlə zəngindir.

Az kalorili olan sarı qarpız kalsium, kalium, A, B və C vitaminləri ilə də zəngindir. Vitamin və minerallar baxımından zəngin olan sarı qarpız dieta saxlayanlar üçün də əlverilişli qida sayıla bilər. Sarı qarpız bədəndəki zərərli maddələri və qanı təmizləyə bilir.

ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàsarñ karpuz vitaminlerQarpızın tərkibində olan A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir. C vitamini  isə insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir. Kalsium isə dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir.
Sarı qarpızın daha bir özəlliyi onun böyrək daşlarının düşməni olmasıdır. Normal olaraq bir müddət sarı qarpız yedikdə böyrək daşlarını və ya qumu ağrısız, hiss edilmədən təmizləyir. Sarı qarpıza rəngini verən karatenoid maddəsi də sağlamlıq baxımından olduqca faydalıdır. İflicə qarşı qoruma özəlliyi olan bu maddə nevroloji xəstəliklərin yaranmasının da qaşısını alır. Həmçinin qarpız qaraciyər üçün ən faydalı məhsullardan biridir.

Sarı qarpız əslində yeni növ sayılmır. 50 il əvvələ qədər daha çox istifadə olunan sarı qarpızın sonralar əkini azalıb. Uzun bir  aradan sonra sarı qarpızı yenidən yetişdirmək üçün tam 2 illik bir iş prosesi aparılıb. Lakin insanların bir çoxu qırmızı qarpıza meyilli olduqları üçün sarı qarpız elə də çox populyar deyil.
Qeyd edək ki, dünyada sarı və qırmızı qarpızdan əlavə yaşıl, mavi və ağ qarpızlar da yetişdirilir. Onlardan ən nadir növ sayılanı isə yaşıl qarpızdır.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàsarñ karpuz vitaminler
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàmavi yeÃÂil sarñ karpuz

Bizimlə əlaqə saxlayın