Elnarə Rzayevanın muzdlu mətbuat konfransı keçirdiyi üzə çıxdı – Yeni biabırçı qalmaqal+VİDEO

21, 06, 18
11:11

Elnarə Rzayevanın muzdlu mətbuat konfransı keçirdiyi üzə çıxdı – Yeni biabırçı qalmaqal+VİDEO


Son vaxtlar adı bir sıra fərqli qalmaqallarda hallanan kosmetoloq Elnarə Rzayeva ilə bağlı  daha bir maraqlı fakt ortaya çıxıb. Məlum olub ki,  kosmetoloq bugünlərdə Bakı Mətbuat Mərkəzində təşkil etdiyi mətbuat konfransında tədbirin təşkilatçıları üçün vəd etdiyi pulu verməyib və nəticədə onunla jurnalist Sevil Möhsümova arasında qalmaqal yaranıb. Elnarə Rzayevanın öz səhifəsində paylaşdığı videodan görünür ki, xanım jurnalist kosmetoloqdan tədbirin təşkili üçün, vəd olunan pulu tələb edir. Qeyd edək ki, kosmetoloq Elnarə Rzayeva  sözügedən mətbuat konfransında onunla bağlı mediada səslənən ittihamlara aydınlıq gətirmək əvəzinə, həmin tədbirdə onun kosmetoloq fəaliyyəti ilə  bağlı araşdırma aparan professional jurnalistlərin ünvanına əsassız fikirlər səsləndirib. Sözügedən mətbuat konfransında tanınmış və çoxtirajlı KİV-lər iştirak etədiyi səbəbindən  mətbuat konfransı effektsiz alınıb. Azinforum.az Elnarə Rzayeva ilə qalmaqalı düşən Sevil Möhsümova əlaqə saxlayıb. O, Azinforum.az-a açıqlamasında bildirdi ki, Elnarə Rzayevanın onunla olan söhbətini gizli şəkildə çəkib ictimailəşdirməsi qanunvericiliklə qadağan olunan əməldir: “Həmin tədbirin təşkilini o bizmlə razılaşdırdı. Biz ona piar xidməti göstərməyi söz verdik. Sonda bizə vəd olunan vəsaiti vermədi. Yaxın günlərdə mən onunla məsələni hüquq müstəvisində aydınlaşdıracam”.
Tərəflər arasında yaşanan qalmaqalın motivindən aydın olur ki, kosmetoloqun keçirdiyi tədbirə gələnlərə ordakı iştirakın müqabilində nəsə vəd olunubmuş.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın