Sumqayıtda narazılıq artır: Zakir Fərəcovu Vasif Talıbovun aqibəti gözləyir?

09, 01, 23
09:00

Sumqayıtda narazılıq artır: Zakir Fərəcovu Vasif Talıbovun aqibəti gözləyir?


Respublikanın böyük sənaye şəhərlərindən biri olan Sumqayıtdan xeyli şikayət məktubları daxil olmaqdadır. Vətəndaşlar sosial problemlərin həllinə biganə münasibətdən və məmurların qeyri-etik davranışından bəhs edərək aidiyyatı qurumların baş verənləri nəzarətə götürməsini istəyirlər. 

Şəhərdə sahibkarların fəaliyyətinə yaradılan əngəllər, icra hakimiyyəti başçısı Zakir Fərəcovun iş adamlarını aldatması sadalanan problemlərin sırasındadır. Sumqayıta icra başçısı təyin olunandan sonra şəhərdə yarıtmaz fəaliyyəti ilə diqqət mərkəzində olan Zakir Fərəcov Sumqayıt bulvarının tikintisi və şəhərdə abadlıq işləri zamanı görülən işlərə cəlb olunan iş adamlarının həbsi və təzyiqlərə məruz qalmaları, icra başçısının onlara olan borcunu ödəməməsi proseslərin görünən tərəfidir.

İcra başçısının qara işlərini həyata keçirən Adil Xudadatovu Sumqayıtlılar bu məmuru “yalançı şəxs” adlandırırlar. Şəhərdə bir sıra qanunsuz işlərdə adı halanan bu şəxs Bakıda bir sıra obyektlərin olduğu deyilir. Sumqayıt iş adamlarının pullarının mənimsənilməsin də Adil Xudadatovu əməyinin az olmadığı deyilir.

Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsən marağı olub.

Zakir Fərəcovun qohum olan Adil Xudadatov Fərəcov istəyinə çatandan sonra onu həbsdən azad etdirib. və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Davam edən qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur.

Sumqayıtda qanunsuz tikintilər və bir sıra xoşagəlməz faktlar bu şəxsin adı ilə bağlanır. Adil Xudadatovun vətəndaşlarla qeyri-etik davranışı icra başçısını narahat etmir. Sumqayıtda icra hakimiyyəti məmurlarının narazı insanlara təzyiq etməsi və onları hədələmələri görünən reallıqdır.

Sonda onu da qeyd ed'k ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov haqqında yerli medialarda tənqidlər bitib tükənmək bilmir. 69 yaşlı icra başçısının illərdi rəhbərlik etdiyi Abşeron və Sumqayıtda çatışmamazlıqların və hüquqsuzluğun höküm sürdüyü hər kəsə məlumdur, hətta bəziləri onun Vasif Talıbovla sıx əlaqələrinin olması bu ilin yanvar ayında tutduğu postu itrəcəyi kimi anonoslar verilir. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 
 

Bizimlə əlaqə saxlayın