Ermənistan Qarabağa Abxaziyadan döyüşçü toplayır: GİZLİ FAKTLAR ÜZƏ ÇIXDI

14, 06, 18
13:13

Ermənistan Qarabağa Abxaziyadan döyüşçü toplayır: GİZLİ FAKTLAR ÜZƏ ÇIXDI

Ermənistan Qarabağa Abxaziyadan döyüşçü toplayır: GİZLİ FAKTLAR ÜZƏ ÇIXDI


Bu günlərdə tanınmamış “Abxaziya Respublikasının” sakini Xamid Ardjeniyanın separatçı rejimin pasportu ilə “Zvartnos” hava limanında heç bir maneə olmadan Ermənistana daxil olması qalmaqala səbəb oldu.

Publika.az
xəbər verir ki, Ardjeniya “Zvarnost” hava limanında erməni gömrükçülərinin “Abxaziya Respublikası” tərəfindən ona verilmiş pasporta giriş-çıxış ştampı vurmasını əks etdirən fotoşəkili özünü “feysbuk” səhifəsində paylaşıb.

Qalmaqal da bundan sonra başlayıb və Ardjeniya fotonu səhifəsindən silib. Lakin media əməkdaşları həmin fotonu yayımlayıb.

Bu, Gürcüstanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistanın Abxaziya separatçılarının pasportu ilə gələn insanları heç bir maneə olmadan ölkəyə buraxmasını təsdiq edən faktdır.

Ermənistanda Qərbyönümlü QHT-lər bu faktı pislədi, “Abxaziya Respublikası” isə pasportlarını “tanıdıqları” üçün İrəvana təşəkkür etdi.

Məsələni araşdıran Gürcüstan mediası isə “Abxaziya Respublikası”nın pasportunu daşıyan şəxslərin Ermənistana gedərək, oradan da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyini yazıb.

Abxaziyada yaşayan və Qarabağdakı qondarma rejimlə əsas əlaqələri quran Qalust Trapizonyan etiraf edib ki, 2016-cı ildə “aprel müharibəsi” zamanı Abxaziyadan Qarabağa döyüşçülər göndərilirdi.

“2016-cı ilin aprelində biz hamımız döyüşə yollandıq. Biz ön cəbhədə vuruşurduq”, - deyə Trapizonyan bildirib.

Ermənistanda “Abxaziya Respublikası”nını pasportunu tanımadıqlarını bildirsələr də, əslində İrəvan bu prosesi gizli şəkildə təşkil edir. Çünki müharibə olacağı təqdirdə, “aprel müharibəsi”ndə olduğu kimi Ermənistan yenə də çağırışçı problemi ilə üzləşəcək. Abxaziyada erməni icması isə potensial döyüşçü kadrlarıdır. Görünür, İrəvan separatçıların pasportu ilə gizli keçidləri indidən təşkil etməklə gələcək müharibəyə döyüşçü toplayır.

Asif 

Bizimlə əlaqə saxlayın