Sumqayıtda üçmərtəbəli mağaza yandı - Foto

21, 07, 18
23:41

Sumqayıtda üçmərtəbəli mağaza yandı - Foto

Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli marketdə yanğın başlayıb.
Axar.az xəbər verir ki, hazırda sözügedən marketdə baş verən güclü yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN-nin yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın