1905-ci ildə batan rus gəmisi tapıldı - içərisində 130 milyardlıq qızıl

21, 07, 18
01:40

1905-ci ildə batan rus gəmisi tapıldı - içərisində 130 milyardlıq qızıl

1905-ci ildə baş verən Rus-Yapon müharibəsində batırılan Rusiyanın "Dmitri Donşkoy" adlı döyüş gəmisi tapılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyadan olan xilasetmə qrupu tərəfindən aşkarlanan gəmidə təxminən 130 milyard dollarlıq qızıl olduğu iddia edilir.
1885-ci ildə hazırlanan və 5800 ton ağırlığı olan gəmini ruslar geri çəkilərkən düşmənin əlinə keçməməsi üçün batırıblar.
Daha əvvəl bir neçə şirkət "Dmitri Donşkoy"u tapmağa cəhd etsələr də heç kəs buna nail olmayıb.
Gəmidə həqiqətən də 130 milyard dollarlıq qızılın olması məlum deyil. Çin, Kanada, İngiltərə və Cənubi Koreya şirkətlərindən ibarət beynəlxalq komandanın qızılların axtarışı üçün qarşıdakı aylarda fəaliyyətə başlayacağı gözlənilir. Axtarışın uğurlu olacağı təqdirdə qızılların 50%-i Rusiyaya veriləcək.

Bizimlə əlaqə saxlayın