Aeroport yolunda sürət həddi endirildi

05, 11, 24
12:00

Aeroport yolunda sürət həddi endirildi


Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, NİİM-in əməkdaşları tərəfindən məlumat - sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub.

 

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda vurğulanıb.


Bizimlə əlaqə saxlayın