Kəramət böyükçöl: Elçibəy müsabiqədə saxtakarlıq etdilər.

23, 06, 18
10:13

Kəramət böyükçöl: Elçibəy müsabiqədə saxtakarlıq etdilər.

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqqda gənc yazar öz facebook profilində statsu yazib. Elçibəy müsabiqəsində mənə 4-cü yeri verdilər. Bu gün yubileydə tribunadan sözümü dedim və diplomdan da, puldan da imtina etdim. Deməli, o boyda kişilər yığılıb demokrat, demokrat - dedikləri adamın adına keçirilən müsabiqədə saxtakarlıq etdilər. Əvvəla, münsiflərin əksəriyyəti yazıları oxumayıb. Hətta iclasların birində müsabiqəyə biganə yanaşan adamların münsiflikdən kənarlaşdırılması məsələsi də qoyulub. Biri deyib ki, yazı oxumağa vaxtım yoxdur, xəstəyəm. Biri deyib Türkiyədəyəm, mənim əvəzimə özünüz səs verin-zad. Bütün bunları mənə təşkilatçılardan biri danışıb, sonra da xahiş edib ki, qurban olum, mənim adım olmasın. Hətta yalvarıb! Ayıb olsun, vallah! Yubileydə də hamısı ağzına gələni danışır. Sizdən dövlət idarə eləyən çıxar? Kişinin uşağı yığışıb Beynəlxalq Mətbuat Mərkəzinə hakimiyyəti söyür, bir-birlərinə söz atırlar. Burada yubileydir, yoxsa mitinq? Guya hakimiyyətə gələcəklər! Yuxuda! Ümumiyyətlə, sizə hakimiyyət lazım deyil. Sizə hakimiyyətin 10-cu dərəcəli adamların tula payı pulu lazımdır ki, basıb yeyəsiniz! Partiya-zad saxlayasınız! 


Bizimlə əlaqə saxlayın