“Araz” xarab məhsul satır - Üstəlik, satıcılar da... - FOTO

06, 11, 22
16:00

“Araz” xarab məhsul satır - Üstəlik, satıcılar da... - FOTO


“Araz” marketlər şəbəkəsində xarab ərzaq məhsullarının satılması üzə çıxıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə alıcılardan biri sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, “Araz”ın paytaxtda yerləşən “Nərimanov-3” şöbəsində 27.08.2022-ci il istehsalı olan və istifadə tarixi 2023-cü ilin yanvarın 27-də bitən “Cake Time” keksinin üstündə ağ kif ləkələr olub. Xarab məhsulu 5 manata aldığını deyən istehlakçı, belə halın bu həftə ərzində bir neçə dəfə təkrarlandığını qeyd edib.

Müştəri, marketin satıcılarının kobud rəftarı haqda da yazıb. Qeyd edib ki, satıcıdan başqa bir məhsulun istehsal tarixi haqda məlumat istəsə də, ona çox kobud cavab verib. Əlavə edib ki, “Araz”da satılan məhsulların üzərindəki istehsal tarixini oxumaq qeyri-mümkündür.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın