“Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır” - Özbaşına qalanda BELƏ OLUR!

04, 11, 22
13:00

“Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır” - Özbaşına qalanda BELƏ OLUR!


Dövlət qurumlarının yarıtmaz iş sistemi onunla nəticələnir ki, “Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır”.

Bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqe sərgiləməsinə görə 715 227 manat cərimələməsilə bağlı danışarkən deyib.

AİB sədri bildirib ki, Dövlət Xidməti vaxtında yoxlama aparmalı və bazar qiymətlərinə nəzarət etməlidir:

“Prezident İlham Əliyev iqtisadi toplantlarda həmişə qeyd edib ki, ölkədə karter sövdələşmələri var, inhisarçılıq var. Buna əsasən də prezident daim müvafiq qurumlara tapşırıqlar verib. Lakin ölkə başçısının açıq şəkildə dediyi bu tənqidləri bu işə nəzarət etməli olan dövlət qurumları eşitmir, özlərini karlığa vurublar.

 Mən hələ inidiyə qədər şahidi olmamışam ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hansısa bir karter sövdələşmələrini yox etsin və bunu da elan etsin. Ölkə başçısının tapşırıqlarını açıq şəkildə yerinə yetirməyən dövlət qurumlarının yarıtmaz iş sistemi onunla nəticələnir ki, “Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır”.

Dövlət qurumu məsuliyyətsiz olanda belə şirkətlər də qarabaşaq bazarını da əlinə alar, qiymət də tənzimləyər. Bu gün konkret olaraq heç bir iş görməyən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin özünü də cərimələmək lazımdır.
 
E.Hüseynov bildirib ki, yay ayı ərzində meyvə qiymətləri yüksək oldu və Dövlət Xidməti heç bir iş görmədi:

“Bu il meyvə bazarında apardığımız araşdırma onu göstərdi ki, meyvə çox baha oldu, süni qiymət artımı yaşandı. Ancaq Dövlət Xidməti heç bir tədbir görmədi.

Karter sövdələşmələrini müəyyən etmək o qədər də çətin iş deyil. Bunun üçün heç də bir-bir qapı döyüb gömrükdən kimin nə keçirdiyini yoxlamaq lazım deyil. Bunun üçün sadə və xüsusi riyazı yollar var.

İstənilən analitik düşüncəsi olan iqtisadçı bazarda tədqiqat aparıb heç bir biznes qurumunun qapısına getmədən qiymətlərə baxıb özü tapa bilər. Ancaq Dövlət Xidməti işləmək istəmir. Onlar hesab edir ki, özbaşınalıq etmiş şirkəti cərimələmək problemin həlli deməkdir”.

Nigar 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın