SOS: “ARAZ” SUPERMARKETİ KİFLƏNMİŞ TORT SATDI, 3 YAŞLI UŞAQ İSƏ… – FOTO

22, 04, 22
10:00

SOS: “ARAZ” SUPERMARKETİ KİFLƏNMİŞ TORT SATDI, 3 YAŞLI UŞAQ İSƏ… – FOTO


Bakının Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Araz” supermarketi müştəriyə kiflənmiş tort sırıyıb. Nigar Əsədullayeva yazdığı şikayətdə üzləşdikləri bu halı qeyd edib. Onun sözlərinə gör, adıçəkilən mağazadan tort alıb qonaq gediblər: ” Məclisdə tort kəsilib yeyildiyi zaman məlum oldu ki, tort kiflənib və hətta 3 yaşlı uşaq da yeyib.

Tortu çeklə bərabər yaxınlaşıb mağazaya bildirdik, administrator çox soyuqqanlı qarşıladı bu məsələni. Hətta işçilər öz aralarında tortu görməmiş danışırdılar ki, tort yenə də yəqin kifləyib. Belə çıxır ki, bu mağaza dəfələrlə kiflənmiş məhsulu satıb. Belə çıxır ki, bu şəbəkə insanların sağlamlığını təhlükəyə salırlar. Bir ailənin faciəsinə səbəb ola bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, xahiş edirəm bu məsələ ilə bağlı araşdırma aparılsın. Məhsulun buraxılış tarixi belə yoxdur”.


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın