"Xalq Bank" vətəndaşın CİBİNƏ GİRİR - BU DA FAKT!

07, 01, 22
18:00

"Xalq Bank" vətəndaşın CİBİNƏ GİRİR - BU DA FAKT!


"Şikayətim "Xalq Bank"dandır". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı gileyində Cəmil Məmmədov adlı istifadəçi qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Belə ki, sentyabr ayında (2021-ci il) "Xalq Bank"dan debüt kart sifariş verdim. Kartın balansına alış veriş üçün 250 dollar pul qoydum.Xarici saytların birində bir neçə dəfə elektron ticarət həyata keçirdim.Bunların arasında uğurlu olanı da oldu uğursuz olanı da.Uğursuz alışlarda hər dəfə satıcı pulu son qəpiyinə qədər geri qaytardı.Dekabr ayında özlüyümdə hesabat apardım ki təxminən 30 dollar pul əskik gəlir.Banka yaxınlaşdım.Problemi izah etdim.Bankın rəsmisi tutarlı bir izah verə bilmədi.Təsəvvür edin ki nə qədər hesabladısa pulun harda itdiyi məlum olmadı.Axırda mən yerdə qalan pulu balansımdan çıxardanda da utanmaz utanmaz 0.5 % faiz tutdu.

Özlüyümdə fikirləşdim ki bu "Xalq bank" pulu necə itirə bilər? "Xalq bank"ın kartını bankomata salanda baxdım ki,bu ekranda dollar yox manat göstərir.Məsələ mənə aydın oldu.Deməli bu "Xalq Bank" mənim əlimlə verdiyim dolları manat edib balansda yatdırırmış..Mən hər dəfə uğurlu yaxud uğursuz alış veriş edəndə xarici sayt yaxud Paypal sistemi kartımdakı pulu konvertasiya edirmiş.Məhz ona görə də kartımdakı balansda bu qədər kəsir yəni əskik yaranmışdır.Nəticədə bankın maxinasiyası nəticəsində mənə 30 dollar ziyan dəymişdir.

Axşam evə gələndə "Xalq bank"ın onlayn bank xidmətimdə şəxsi kabinetimə giriş etmək istədim.Girişi bloklamışdılar.Dəfələrlə cəhd etdim alınmadı.

Məsləhət görürəm ki,hər hansı bankda hesab açanda düzgün seçim edib,diqqətli olasınız ki sonda dələduzluqla üzləşməyəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazıqır


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın